Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki özəllikləri təqdim olunub

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun bütün texniki özəlliklərini təqdim etdi. Yeni prosessorda edilmiş dəyişikliklər bütün aparıcı özəllikləri əhatə edir. Mərkəzi prosessor ilə qrafik çipin performans göstəricilərinin yüksək səviyyəyə qaldırılmasından əlavə olaraq Snapdragon 888 həmçinin flaqman smartfonların kameralarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub və yüksək performansa sahib süni zəka modulu ilə təchiz olunub.
Ardını oxu...

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Beləliklə təqdim edilmiş hesabat üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.
