Şənbə, 21 Dekabr 2024

Redmi Note 9 5G, Note 9 Pro 5G və Note 9 4G smartfonları təqdim olunub

 

Dünən Xiaomi-nin Redmi brendi Redmi Note 9 5G, Redmi Note 9 Pro 5G və Redmi Note 9 4G smartfon modellərini təqdim etdi. İlk öncə Redmi Note 9 5G modelindən başlayaq. Adi Redmi Note 9 5G modeli Pro versiyadan xarici görünüşcə fərqlənir və daha sadələşdirilmiş texniki özəlliklər əldə edib. Lakin onun əsas özəlliklərindən biri də odur ki, o, böyük həcmli batareyaya sahibdir. Smartfon Full HD+ keyfiyyətli 6.53 düym IPS ekran əldə edib.

Ekran standart 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

  Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 9 5G modeli 8 nüvəli və 5G dəstəkli MediaTek Dimensity 800U prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 48 MP (f/1.79 diafraqmalı) + 8 MP (f/2.2 diafraqmalı genişbucaqlı sensor) + 2 MP (2.4 diafraqmalı makroobyektiv) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda həmçinin 3.5 mm-lik audiogiriş də reallaşdırılıb. Lakin onda NFC modul yoxdur. Cihaz MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun satış qiymətləri aşağıdakı kimidir:

- 6 GB RAM + 128 GB daxili yaddaş - 200$

- 8 GB RAM + 128 GB daxili yaddaş - 230$

- 8 GB RAM + 256 GB daxili yaddaş - 260$.

    Redmi Note 9 Pro 5G modelinə gəldikdə isə o, adi Redmi Note 9 Pro modelindən xarici görünüşcə və texniki özəlliklər baxımından tamamilə fərqlənir. Smartfon yüksək tezlikli təsvir yenilənməsini, Snapdragon prosessorunu, Samsung-un flaqman kamera sensorunu, yüksək həcmli batareyanı və NFC modulu əldə edib. Beləliklə Redmi Note 9 Pro 5G modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekran əldə edib. Ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı mərkəzi hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Adi Redmi Note 9 5G-də olduğu kimi Pro modeldə də barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.

    Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 9 Pro 5G modeli 8 nüvəli Snapdragon 750G prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 108 MP (f/1.75 diafraqmalı Samsung Bright HM2 sensoru) + 8 MP (f/2.2 diafraqmalı genişbucaqlı sensor) + 2 MP (f/2.4 diafraqmalı makroobyektiv) + 2 MP (f/2.4 diafraqmalı ToF sensor) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun digər özəllikləri arasında 3.5 mm-lik audiogiriş, IP53 standartı üzrə sudan qorunma, stereo səsgücləndiricilər və NFC modul var. Cihaz MIUI 12 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Redmi Note 9 Pro 5G-nin qiyməti aşağıdakı kimi olacaq:

 - 6 GB RAM + 128 GB daxili yaddaş - 240$

 - 8 GB RAM + 128 GB daxili yaddaş - 275$

 - 8 GB RAM  + 256 GB daxili yaddaş - 300$.

  Bu smartfonlardan əlavə olaraq təqdim edilmiş Redmi Note 9 4G modeli bir neçə gün bundan öncə Poco brendinin təqdim etmiş olduğu Poco M3 smartfonunun kopyasıdır. Əsas fərq ondan ibarətdir ki, Redmi Note 9 4G-nin arxa kamera hissəsi daha fərqli dizaynda hazırlanıb. Digər texniki özəlliklər üzrə Redmi Note 9 4G modeli Poco M3 ilə eynidir. Beləliklə Redmi Note 9 4G-nin qiyməti aşağıdakı kimidir:

- 4 GB RAM + 128 GB daxili yaddaş - 152$

- 6 GB RAM + 128 GB daxili yaddaş - 167$

- 8 GB RAM + 128 GB daxili yaddaş - 198$

- 8 GB RAM + 256 GB daxili yaddaş - 228$.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1353748
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1106
12120
33810
1353748
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.