Bazar, 22 Dekabr 2024

Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdim ediblər

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Beləliklə təqdim edilmiş hesabat üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.

 Qeyd etmək lazımdır ki, hesabatda yalnız .com və .net kimi yuxarı səviyyəli domenlərin statistikası qeyd olunub. Bununla yanaşı .com domeni qeydiyyatdan keçmiş domen adlarının sayı üzrə liderliyini qoruyur. Belə ki, .com domeni ilə 150.3 milyon domen adı qeydiyyatdan keçib. Məşhurluq üzrə ikinci yeri .tk (27.5 milyon domen adı), üçüncü yeri .cn (24.7 milyon domen adı), dördüncü yeri .de (16.6 milyon domen adı) domenləri tutublar. Bundan əlavə olaraq .net (13.4 milyon domen adı), .uk (10.8 milyon domen adı), .org (10.2 milyon domen adı), .ml (6 milyon domen adı) və .ru (5.7 milyon domen adı) kimi domenlərə də yüksək tələbat müşahidə olunur.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354691
Bu gün
Bu həftə
Bu ay
Ümumi
427
13063
34753
1354691
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.