Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartlarını geridə qoyub

Keçən həftə yeni MacBook modelləri ilə birlikdə təqdim edilmiş M1 adlı mobil ARM prosessor öz performans göstəriciləri ilə hətta Apple rəhbərliyini də təəccübləndirib. Bir neçə müddət sonra isə internetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb. Həmin nəticələr Nvidia və AMD şirkətlərinin desktop qrafik çiplərinin nəticələri ilə müqayisə edilib.
Ardını oxu...

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində Exynos 1080 mobil prosessorunun təqdimatını keçirdib. Təqdim edilmiş yeni prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə ARM-dən olan ən yeni nüvələr ilə qrafikanı birləşdirir. Lakin ən maraqlı fakt ondan ibarətdir ki, Exynos 1080 prosessoru orta səviyyəli prosessor qismində çıxış edir. Exynos 1080-in tərkibinə 2.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə, 4 ədəd Cortex-A55 nüvəsinə və 10 nüvəli Mali-G78 qrafik çipinə sahib mərkəzi prosessor daxildir.
