Cümə axşamı, 30 Oktyabr 2025

Poco brendi 6000 mAh-lıq batareyaya sahib büdcəli Poco M3 smartfonunu təqdim edib

 

Xiaomi şirkətinin müstəqil Poco brendi Poco M3 smartfonunun qlobal təqdimatını keçirib. Sözügedən smartfon büdcəli smartfonlar siyahısına daxil olsa da şirkət istifadəçilərin gözləntilərini qarşılamaq üçün əlindən gələni edib. Beləliklə Poco M3 modeli yüksək həcmli batareya, keyfiyyətli kameralar, stereo səsgücləndiricilər və performanslı prosessor əldə edib.

Poco M3 smartfonu Full HD+ keyfiyyətli 6.53 düym IPS ekrana sahibdir.

Ardını oxu...

İnsayderlər: Qatlana bilən Galaxy Z Fold 3 smartfonu Galaxy Note seriyasını tamamilə ləğv edəcək

 

İnsayderlər artıq dəfərlərlə xəbər veriblər ki, Samsung şirkəti Galaxy S seriyasını və qatlana bilən Galaxy Z Fold 3-ü smartfonunu S Pen stilusu ilə təchiz etməyi panlaşdırır. İnsayderlərin yeni hesabatları qatlana bilən Galaxy Z Fold 3 smartfonunun güman olunan satış tarixini özündə birləşdirir. Bununla yanaşı hesabatdakı məlumata əsasən Samsung şirkəti Galaxy Note seriyasından ümumiyyətlə imtina etmək niyyətindədir. 

Ardını oxu...

Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib

 İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun bençmark nəticələri artıq mövcuddur və həmin nəticələrə əsasən M1 prosessoru Nvidia ilə AMD şirkətlərinin bir sıra prosessorlarını geridə qoyur. İndi isə praktiki cəhətdən M1 və Intel prosessoruna sahib MacBook Pro modellərinin performanslarını müqayisəsinə baxılır. Müqayisə üçün M1 prosessoruna sahib yeni MacBook Pro və 4 nüvəli Intel Core i5 prosessoruna sahib 13 düym ekranlı MacBook Pro modeli seçilib.

Ardını oxu...

“Huawei” şirkəti “ARM” prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini təqdim edib

 

“Huawei” şirkəti öz istehsalı olan prosessorla təchiz edilmiş ilk masaüstü kompüterini istifadəyə verməyə hazırlaşır.

 “MateStation B515” adlandırılmış fərdi kompüter “HiSilicon” tərəfindən hazırlanmış və 7 nm-lik texnoloji proses üzrə istehsal edilmiş “Kunpeng 920” prosessoru ilə təchiz edilib. ARM arxitekturası üzrə hazırlanmış çip maksimal takt tezliyi 2,6 QHs olan 4 və ya 8 nüvə ilə təchiz edilə bilər.

Ardını oxu...

25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edib

 

 

Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Chrome daxilində edilmiş bir sıra dəyişikliklər sayəsində brauzerdəki qovluqlar daha sürətlə açılır və noutbuk prosessoruna daha az yüklənmə olur. Nəticədə noutbukun çalışma müddəti artır. Şirkət təmsilçilərinin sözlərinə əsasən brauzerdə açıq vəziyyətdə olan qovluq fon rejimində çalışan qovluqdan daha prioritetli vəziyyətə düşür.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1853076
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1026
8587
51469
1853076
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.