Çərşənbə axşamı, 10 Dekabr 2024

 CULFA FİLİALI


Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Culfa Rayon Filialı 2002-ci ildən bəri fəaliyyət göstərir. Tədris Mərkəzində kompüter və ingilis dili dərsləri fərdi və qrup şəklində tədris olunur. Kompüter kursları tədris proqramına Windows 10, Microsoft Office 2019 (Word, Excel, Powerpoint)İnternet mövzuları daxildir. İngilis dili tədris proqramına isə ingilis dilinin müxtəlif kateqoriyalardan olan (beginner, elemantry, pre-intermediate, intermediate, upper-intermediate, advanced) səviyyələri üzrə dərslər daxildir. İngilis dilində sərbəst ünsiyyət qurmaq, bilik və bacarıqlarınızı daha da təkmilləşdirmək üçün filialımızın peşəkar müəllim kollektivinin imkanlarından sizlərdə yararlana bilərsiniz. Kurslarımızı müvəffəqiyyətlə bitirən dinləyicilərimiz iki mərhələdən ibarət olan (yazılı və şifahi) imtahanlarda yüksək nəticə göstərdikdən sonra şəhadətnamələrlə təmin olunurlar. İmtahanların tam qapalı və şəffaf formada keçirilməsinə zəmanət verilir.

Mərkəzdə aşağıdakı kurslar tədris olunur:

  1. Windows 7 Əməliyyat sistemi;
  2. MS Office 2013 (MS Word, MS Excel, MS Power Point, MS Access);
  3. İnternet Explorer;
  4. İngilis dili;
  5. Riyaziyyat-Robotexnika;
  6. “İT” texnikliyi.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

 

 

 

 

 

 

 

© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.