Yeni dizayn və jestlərlə idarəetmə: Youtube-un mobil versiyasında yeni funksiyalar istifadəyə verilib
Google şirkəti məşhur Youtube servisinin mobil versiyasına bir sıra yeniliklər əlavə edib. İlk növbədə videoservisin mobil versiyasının dizaynında bir sıra dəyişikliklər edilib və videoservisdən idarə mövzusunda yeni jestlər əlavə edilib. Yeni funksiyalar videoservisin Android və iOS versiyaları üçün artıq istifadəyə verilməyə başlayıb. Videoservisin mobil versiyası üçün nəzərdə tutulmuş əsas yeniliklərindən biri də genişləndirilmiş jest idarəetməsidir.

Huawei şirkəti özünün HarmonyOS adlı əməliyyat sisteminin inkişafını aktiv şəkildə davam etdirir. Şirkət dəfələrlə qeyd edib ki, bu yeni ekosistem özündə təkcə smartfonları deyil həmçinin bir çox müxtəlif növ cihazı da birləşdirəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə öz smartfonlarını HarmonyOS-ə keçirtməklə Huawei şirkəti EMUI interfeysindən imtina edəcək. Huawei şirkətinin proqram təminatı şöbəsinin rəhbəri Wang Chenglu bildirib ki, EMUI 11 interfeysi HarmonyOS ilə eyni struktura sahibdir.
Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman smartfonu təqdim edib. Sözügedən smartfon flaqman özəlliklər ilə yanaşı həmçinin orta büdcəli smartfon qiymətini də əldə edib. Beləliklə Redmi K30S modeli Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın özü 144 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və onun yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası isə smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı yeni Redmi K30S-in ekranı həmçinin Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub.
