Huawei P50 flaqman smartfon seriyası 2 əməliyyat sisteminə sahib ola bilər
Son zamanlar Huawei P50 smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Yeni məlumat sızıntısı isə bu seriyaya daxil olacaq smartfonların proqram təminatları ilə bağlıdır. Məlumata əsasən Huawei P50 modelləri şirkətin fərdi əməliyyat sistemi olan HarmonyOS-i əldə edəcəklər. Lakin Android-ə daha çox üstünlük verən istifadəçilər də kənarda qalmayacaqlar. İnsayderlərin verdikləri məlumata əsasən Huawei P50 smartfonları həm Android həm də HarmonyOS-ə sahib olacaqlar.



Hindistanın Lava adlı şirkəti özünün Z seriyası çərçivəsində 4 ədəd smartfon təqdim edib. Söhbət, Z1, Z2, Z4 və Z6 smartfon modellərindən gedir. Sadalanmış bu smartfonlar orta büdcəli modellərdir və çətin ki, Hindistan bazarından kənarda satışa çıxacaqlar. Lakin təqdimat çərçivəsində daha bir smartfon modeli təqdim olunub və bütün diqqət ona ayrılıb.
Azərbaycan dünyada mobil internetin sürətinə görə 139 ölkə arasında 66-cı yeri tutub.