Məşhur analitik iPhone 13 ilə bağlı proqnozlar verib

Apple şirkəti hələ keçən ay iPhone 12 smartfon seriyasını təqdim etmişdi. Lakin artıq internetdə iPhone 13 seriyası barəsində məlumatlar gəzməyə başlayıb. Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 13 barəsində proqnozlar verib. Analitikin sözlərinə əsasən iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq. Bu il təqdim olunmuş iPhone 12 modellərinin adlarını nəzərə alsaq, çox güman ki, gələn ilki iPhone 13 modellərinin adları bu ilkilər ilə eyni olacaq.
Ardını oxu...

Samsung şirkətinin qatlana bilən smartfon modellərinin sayında artım olub. Belə ki, şirkət qatlana bilən Galaxy W21 5G smartfon modelini təqdim edib. Təqdim edilmiş yeni Galaxy W21 5G smartfonunun texniki özəllikləri bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy Z Fold 2 modelinin texniki göstəriciləri ilə eynidir. Lakin Galaxy Z Fold 2 ilə müqayisədə yeni smartfon bir sıra təkmilləşdirilmiş özəlliklər əldə edib. Beləliklə Galaxy W21 5G modeli 2048x1536 piksel keyfiyyətli 7.6 düym daxili Dynamic AMOLED ekrana sahibdir.
Çinin texnologiya nəhəngi Xiaomi, "ən sürətli şarj" yarışında öz məharətini göstərdi. Rəsmi məlumata görə bu yeni 80W simsiz sistemidir. 80W simsiz şarj ilə 4.000mAh batareyanı səkkiz dəqiqədə 50 faizə qədər, 19 dəqiqədə 100 faiz ilə doldura biləcəyini iddia edən şirkət bunun videosunu da yaydı.
Qualcomm şirkəti Snapdragon 875 flaqman prosessorunun təqdimatına hazırlaşır və bu səbəbdən də insayderlər tez-tez onun barəsində məlumatlar verirlər. Yeni məlumatlar isə Snapdragon 875 prosessorunun performansını əhatə edir. Məlumatı təqdim etmiş mənbənin verdiyi məlumata əsasən yeni Snadragon 875 prosessoru əvvəlki modeldən 30% daha sürətli çalışacaq. Verilmiş məlumata əsasən Lahaina kod adına sahib yeni Snapdragon 875 prosessoru AnTuTu testində 847.868 xal toplayır.