Xiaomi şirkəti orta səviyyəli Mi 10i smartfon modelini təqdim edib

Xiaomi şirkəti Mi 10 flaqman smartfon seriyasını daha bir model ilə genişləndirib. Söhbət, Mi 10i smartfon modelindən gedir. Sözügedən smartfon Snapdragon 700 seriyasına aid prosessor, təkmilləşdirilmiş kameralar və yüksək həcmli batareya əldə edib. Beləliklə Mi 10i smartfonu 2400x1080 piksel keyfiyyətli 6.67 düym OLED ekrana sahibdir. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.
Ardını oxu...
Samsung şirkəti rəsmi şəkildə Galaxy Unpacked 2021 tədbirinin keçirilmə tarixini elan edib. Sözügedən tədbirdə şirkət yeni Galaxy S21 flaqman smartfon seriyasını təqdim edəcək. Bununla yanaşı şirkətin digər yeni məhsulları da təqdim edəcəyi gözlənilir. Beləliklə şirkət bildirib ki, Galaxy Unpacked 2021 tədbiri 14 yanvar tarixində baş tutacaq. Təqdim olunmuş görüntülərdə 

Qualcomm şirkəti Snapdragon 678 prosessorunu təqdim edərək özünün orta səviyyəli prosessorlar seriyasını genişləndirib. Bu yeni 8 nüvəli prosessorun əsas özəllikləri sırasında əvvəlki model ilə müqayisədə yüksəldilmiş performans, geniş multimedia imkanları və LTE şəbəkələrdə məlumatların yüksək ötürülmə sürəti var.