Çərşənbə axşamı, 16 Sentyabr 2025

OpenAI proqramlaşdırma üçün GPT-5-Codex modelini təqdim edib

OpenAI Codex süni intellekt agentinin yenilənmiş versiyasını - GPT-5-Codex-i təqdim edib. Yeni model tapşırıqların yerinə yetirilməsinə sərf olunan vaxtı dinamik şəkildə bölüşdürə bilir və buna bir neçə saniyədən 7 saata qədər vaxt sərf edir. Yeniləmə artıq ChatGPT Plus, Pro, Business, Edu və Enterprise platformalarının istifadəçiləri üçün terminal, IDE, GitHub və ya ChatGPT vasitəsilə əlçatandır. Məlumata görə, GPT-5-Codex modeli agent əsaslı proqramlaşdırma bacarıqlarını qiymətləndirən

Ardını oxu...

Süni intellekt əsaslı çat-botlar 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar

Ən böyük generativ süni intellekt xidmətləri 2 dəfə daha çox yalan məlumat yaymağa başlayıblar. Bu, Newsguard təşkilatının araşdırması ilə üzə çıxıb. 2025-ci ilin avqustunda ən iri 10 süni intellekt platforması halların 35%-də saxta xəbərlər yaradıb. 1 il əvvəl bu göstərici 18% səviyyəsində idi. Kəskin artım real vaxtda veb-axtarışın tətbiqi ilə əlaqələndirilir. İndi çat-botlar demək olar ki, suallara cavab verməkdən imtina etmirlər - imtina səviyyəsi 2024-cü ildəki 31%-dən hazırda 0%-ə düşüb.Amma bu, yeni bir problem yaradıb. Süni intellekt məlumatı “çirklənmiş” onlayn ekosistemdən götürməyə başlayıb.

Ardını oxu...

Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib

Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə Kanadada ilk 2 xəstəyə Neuralink implantları quraşdırılıb. Bu implantlar onlara bədən hissələrinin iflici şəraitində kompüter idarə etməyə kömək edəcək.

Ardını oxu...

R1 adlı süni intellekt əsaslı insanabənzər robot təqdim edilib

Alibaba Group-un qurucusu Jack Ma tərəfindən dəstəklənən Ant Group şirkəti ilk humanoid (insanabənzər) robotu R1-i təqdim edib. Yaradıcıların sözlərinə görə, robot bələdçi funksiyalarını yerinə yetirə, apteklərdə dərmanları çeşidləyə, tibbi məsləhətlər verə və əsas mətbəx işlərini icra edə bilir. Ant Group daha çox Alipay rəqəmsal ödəniş sistemi ilə tanınan fintex şirkəti olsa da, hazırda rəqabət qabiliyyətini yeni dövrdə qorumaq üçün fəal şəkildə süni intellektə investisiya yatırır. Şirkət özünü ilk növbədə robotlar üçün “beyin” hazırlayan qurum kimi təqdim edir. Ant humanoid robotları süni intellekt əsasında çalışan çat-botların və köməkçilərin məşhurlaşdırılması üçün strateji qapı hesab edir.

Ardını oxu...

LinkedIn-ə yeni rəqib “OpenAI Jobs Platform” gəlir!

Rəsmi elana görə, 2026-cı ilin ortalarında istifadəyə veriləcək OpenAI İş Platforması, təəccüblü deyil ki, süni intellektə əsaslanacaq və şirkətlərə axtardıqları dəqiq işçiləri, fərdlərə isə axtardıqları dəqiq işləri tapmağa kömək edəcək. OpenAI Tətbiqlər Departamentinin baş direktoru Fidji Simo şərh edərək bildirib ki, “Əgər siz biznessinizsə və süni intellekt üzrə biliyi olan birini işə götürmək istəyirsinizsə və ya sadəcə olaraq müəyyən bir sahədə dəstəyə ehtiyacınız varsa, doğru insanı tapmaq çətin ola bilər. OpenAI İş Platforması sizə bütün səviyyələrdə bilik və təcrübəyə malik namizədlərlə əlaqə saxlamağa imkan verəcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1776009
Bu gün
Bu həftə
Bu ay
Ümumi
832
4013
22036
1776009
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.