Neuralink-in beyin çipləri artıq 12 nəfərə implantasiya edilib
Bu ilin iyun ayına olan vəziyyətə görə, cəmi 7 nəfərdə Neuralink beyin implantı mövcud idi və onların hamısı ABŞ ərazisində yerləşirdi. Bu həftə Elon Musk bildirib ki, onun şirkəti indiyədək belə implantları 12 xəstəyə quraşdırıb. Neuralink-in sosial şəbəkə X səhifəsində qeyd olunub ki, ümumilikdə xəstələr implantlardan 2000 gün və 15 000 saatdan artıq istifadə ediblər. Avqustun sonu və sentyabrın əvvəlində isə Kanadada ilk 2 xəstəyə Neuralink implantları quraşdırılıb. Bu implantlar onlara bədən hissələrinin iflici şəraitində kompüter idarə etməyə kömək edəcək.