Xiaomi yeni konseptual smartfonunu sərgiləyib

Xiaomi Mi Mix Alpha-dan sonra yeni konseptual smartfonunu sərgiləyib. Bu üsul ilə şirkət gələcək smartfonların necə görünəcəyi ideyasını təqdim edib. Təqdim edilmiş yeni konseptual smartfon öz monolit dizaynı və gövdənin hər 4 tərəfinə əyilmiş ekranı ilə seçilir. Konseptual smartfonun əsas özəlliyi ekran konstruksiyasındadır. Belə ki, smartfonun ekranı gövdənin hər 4 tərəfində 88 dərəcə əyilib. Bununla belə smartfonun heç bir görünən çərçivəsi və ya əlavə paneli yoxdur. Mi Mix Alpha-dan fərqli olaraq bu yeni konseptual smartfonda ekran arxa paneli əhatə etmir. Arxa panel ənənəvi dizaynda reallaşdırılıb.
Ardını oxu...


Xiaomi şirkəti artıq Redmi K40 flaqman smartfonunun hansı ayda təqdim olunacağını bildirib. İndi isə ortaya çıxmış yeni insayder məlumatı sözügedən smartfonun hər iki tərəfini əks etdirən keyfiyyətli fotosu ilə bir sıra texniki özəllikləri özündə birləşdirib. Beləliklə smartfonun ortaya çıxmış yeni render fotosu sayəsində smartfonun həm ön həm də arxa panelini müşahidə etmək olar. Fotodan da görmək olar ki, Redmi K40-ın yastı ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdiriləcək.
Hər bir yeni Android əməliyyat sisteminin beta versiyasına yeni funksiyalar əlavə edilir. Lakin həmin funksiyaların heç də hamısı əməliyyat sisteminin final versiyasına daxil olmurlar. Android 11-in beta versiyasına əlavə edilmiş funksiyalardan birinin də aqibəti məhz belə olmuşdu. Söhbət, smartfonun arxa panelinə iki dəfə klik etməklə müxtəlif əməliyyatları işə salma funksiyasından gedir. Bu funksiya Android 11-in beta versiyasında olduğu kimi qaldı və final versiyaya daxil edilmədi. Lakin Android 12-də istifadəçilər bu funksiyanı əldə edə bilərlər.