Bazar, 20 Aprel 2025

Redmi K40 smartfon seriyası təqdim olunub - QİYMƏTİ

Xiaomi-nin Redmi brendi özünün yeni Redmi K40 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş seriyaya 3 smartfon modeli daxil olub: Redmi K40K40 Pro və K40 Pro+. Təqdim olunmuş hər 3 smartfon xarici görünüşcə bir-birinə bənzəyir. Onlar öz aralarında sadəcə kamera və prosessor ilə fərqlənirlər. Beləliklə adi Redmi K40 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym E4 AMOLED ekrana sahibdir. Ekran həmçinin HDR10+ texnologiyasını dəstəkləyir.

Ardını oxu...

Xiaomi Mi 11 Lite smartfonunun real fotoları ortaya çıxıb

Xiaomi Mi 11 flaqman smartfonunun təqdim olunmasından sonra insayderlər onun sadələşdirilmiş modeli barəsində məlumat vermişdilər. Söhbət, Mi 11 Lite modelindən gedir. İndi isə sözügedən smartfonun bir sıra real fotoları ortaya çıxıb, insayderlər isə onun texniki özəllikləri barəsində məlumat veriblər. Ortaya çıxmış real fotolardan həmçinin məlum olub ki, smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 2.3 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunacaq. Lakin prosessorun dəqiq modeli hələki bilinmir. Bununla yanaşı Mi 11 Lite 6 GB RAM-ı da özündə birləşdirəcək.

Ardını oxu...

Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq

 

Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşdıracaq. Bu cür istifadəçi hesabları qəbul olunan mesajları oxuya və digər şəxslərə mesaj göndərə bilməyəcəklər. Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası əlavə ediləcək. Həmin qaydaya əsasən Whatsapp istifadəçilərinin bir sıra məlumatları Facebook-a ötürüləcək. Sözügedən yeni konfidensiallıq qaydası hələ bu ay messencerə inteqrasiya edilməli idi. Lakin istifadəçilərin kütləvi narazıqlıqları səbəbilə proses may ayına təxirə salındı.

Ardını oxu...

Apple 6G texnologiyası üzərində işləyir

“Apple”ın 5G dəstəyinə sahib ilk telefonları olan iPhone 12 seriyası keçən payızda tanıdılıb. Şirkət növbəti addım üçün işə başladığı görünür. “Apple”ın iş elanı göstərir ki, şirkət mövcud və yeni nəsil şəbəkələrdə işləmək üçün simsiz sistem araşdırma mühəndisləri axtarır. Elanda bildirilir ki, işə qəbul olunan şəxslər “Apple”ın Silikon Vadisi və San Dieqodakı ofislərində çalışacaqlar. Şirkət bu ofislərdə simsiz texnologiya inkişafı və çip dizaynı üzərində işləyir.

İş elanında aşağıdakı ifadələr yer alır: "Apple-ın gələcək məhsullarına böyük təsir göstərəcək yeni nəsil simsiz texnologiyanın formalaşmasına töhfə vermək imkanınız olacaq.

Ardını oxu...

Fayl ötürülməsini təmin edən Google Nearby Share artıq istifadəyə hazırdır

Apple cihazlarında internetdən istifadə etmədən fayl ötürülməsini təmin edən AirDrop-a Android alternativi olan Google Nearby Share artıq istifadəyə hazırdır.

Bu xüsusiyyət sayəsində, fayllar, şəkillər, əlaqələr və s. Bluetooth, WebRTC və Wi-Fi protokolları üzərindəki müəyyən məsafələrdəki cihazlarla paylaşa biləcəksiniz. AirDrop-da olduğu kimi, istifadəçilərə də seçimlər təklif ediləcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1565013
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1147
15581
35132
1565013
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.