Cümə, 29 Mart 2024

Instagram istifadəçiləri özəl mesaj göndərmədən Stories paylaşımlarına reaksiya bildirə biləcəklər

Instagram sosial şəbəkəsi Private Story Likes adlı funksiyanın inteqrasiyası üzərində çalışır. Bu funksiya vasitəsilə istifadəçilər bu və ya digər Stories paylaşımına reaksiya bildirə biləcəklər. Bununla belə bu halda Stories paylaşımının müəllifinə ayrıca mesaj göndərməyə ehtiyac qalmayacaq. Daha öncə hər hansı bir Stories paylaşımına smaylik vasitəsilə reaksiya bildirən zaman seçilmiş smaylik mesaj şəklində Stories paylaşımını etmiş müəllifə göndərilirdi.

Beləliklə yeni funksiya mesaj bölməsinə əlavə mesaj göndərmədən Stories paylaşımına reaksiya bildirmək imkanını verəcək. Maraqlısı ondadır ki, Stories paylaşımlarında reaksiyaların ümumi sayını əks etdirən xüsusi sayğac göstərilməyəcək. Bu isə sosial şəbəkənin istifadəçilərin ana səhifələrində kontentlərin əks etdirilməsi üsulundan tamamilə fərqlənir. Qeyd etmək lazımdır ki, Instagram istifadəçilərin ana səhifələrindəki gizli like etmə özəlliyini 2 ilə yaxın test edirdi. Stories paylaşımlarına verilmiş reaksiyalara gəldikdə isə onları yalnız paylaşımın statistikasında görmək mümkün olacaq. 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1041913
Bu gün
Bu həftə
Bu ay
Ümumi
276
3997
20957
1041913
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi