Qualcomm yaxın aylarda Snapdragon 8 Gen 1+ prosessorunu təqdim edə bilər
Ortaya çıxmış yeni məlumata əsasən Qualcomm şirkəti yaxın zamanda Snapdragon 8 Gen 1+ prosessorunu təqdim edəcək. Yeni prosessorun yaxın aylarda təqdim olunması gözlənilir. O, keçən ilin sonunda təqdim edilmiş Snapdragon 8 Gen 1-in davamçısı olacaq. Aktual olan Snapdragon 8 Gen 1-in təqdim olunmasından öncə məlum idi ki, sözügedən prosessorun iki versiyası mövcuddur. Onlardan birini Samsung şirkəti, digərini isə TSMC şirkəti istehsal edir. İndi isə məlum olub ki, Qualcomm şirkəti hal hazırda Snapdragon 8 Gen 1+ modeli üzərində çalışır. Onun istehsalı ilə yalnız TSMC şirkəti məşğul olacaq. Yeni prosessor da 4 nanometrlik texnoloji proses əsasında hazırlansa da o, Snapdragon 8 Gen 1-dən daha yüksək performans ilə enerji effektivliyi üzrə seçiləcək.

iPhone smartfonlarının üz tanıma funksiyası artıq maska taxdıqda da işləyəcək.
"Meta" (keçmiş Facebook) tərəfindən təqdim edilən "AI Research SuperCluster" superkompüterinin dünyanın 10 ən sürətli superkompüterindən biri olacağı gözlənilir.
"Brand Finance'' hər il dərc etdiyi Global 500 2022 hesabatını dərc edib və dünyanın ən qiymətli brendlərini açıqlayıb. Zirvədə yenidən ''Apple'' yer alıb.
“WhatsApp” istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir.