Çərşənbə axşamı, 17 İyun 2025

Samsung-un mobil prosessorlarının yaradılması ilə ağıllı alqoritm məşğul olacaq

Məlum olub ki, Samsung şirkəti yeni nəsil mobil prosessorların yaradılmasında ağıllı alqoritmlərdən istifadə etməyə başlayıb. Bunun üçün Samsung mikrosxemlərin layihələşdirilməsi üçün proqram təminatının yaradılması sahəsində lider şirkət olan Synopsys-in dəstəyini əldə edib. Samsung-un yeni nəsil mobil prosessorlarının yaradılması ilə Synopsys şirkətinin DSO.ai adlı alqoritmi məşğul olacaq. Synopsys şirkətinin verdiyi məlumata əsasən bu, prosessorların və bir kristallı sistemlərin layihələşdirilməsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı ilk kommersiya məqsədli proqram təminatıdır.

Ardını oxu...

iPhone 13 modellərinin satış qiymətləri ortaya çıxıb

Apple artıq gələn ay yeni iPhone 13 smartfon seriyasını təqdim edəcək. iPhone 12 mini modelinin aşağı satış göstəricilərinə baxmayaraq Apple bu il də mini modelini təqdim edəcək. Beləliklə gələn ay bizləri yenidən 4 iPhone modeli gösləyir: iPhone 13 mini, iPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro MaxTrandforce adlı analitik şirkətin verdiyi məlumata əsasən Apple bu ilki iPhone modellərinin qiymətlərində dəyişiklik etməyəcək. Lakin buna baxmayaraq onların qiymətləri aşağı da olmayacaq. Təqdim olunacaq iPhone 13 modellərinin qiymətlərinin iPhone 12 modellərinin qiymətləri ilə eyni səviyyədə olacaqlarının əsas səbəbi ondan ibarətdir ki, iPhone 13 modellərində elə də təəccübləndirici yeniliklər olmayacaq.

Ardını oxu...

Whatsapp-da istifadəçi çatlarının iOS-dən Android-ə köçürülməsi funksiyası istifadəyə verilib

Whatsapp-da istifadəçi çatlarının iOS-dan Android-ə köçürülməsi funksiyası istifadəyə verilib. Bu yeni funksiya sayəsində istifadəçi iPhone-dan hər hansısa Android cihaza keçid edən zaman bütün çatların tarixçələrini, fotoları, səsli qeydləri yeni smartfonuna köçürdə biləcək. Lakin bu məsələdə bir nüans var. Belə ki, bu yeni funksiya ilk növbədə dünən təqdim edilmiş Samsung Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 smartfonlarında aktiv olacaq. Yaxın zamanda bu yeni funksiya həmçinin Samsung-un Android 10 və ya daha yeni Android versiyasını dəstəkləyən smartfonlarında da aktiv olacaq. Məlumatların iOS-dən Android-ə köçürülməsi funksiyasının digər brendlərin smartfonları üçün nə zaman aktiv olacağı barəsində məlumat daha sonra veriləcək.

Ardını oxu...

Xiaomi CyberDog adlı 4 ayaqlı robotunu təqdim edib

Dünən Xiaomi şirkəti Mi Mix 4 flaqman smartfonu ilə yanaşı digər qeyri-adi məhsulunu təqdim edib. Söhbət, CyberDog adlı dörd ayaqlı robotdan gedir. Bu, Boston Dynamics şirkətinin məşhur Spot robotunun analoqu kimi çıxış edir. Dünənki təqdimat çərçivəsində Xiaomi şirkətinin CEO-su Lei Jun səhnədə sözügedən robota əmrlər verib, robot isə həmin əmrləri yerinə yetirib. Beləliklə CyberDog adlı 4 ayaqlı robot yüksək dəqiqliklə çalışan 11 ədəd sensora sahibdir. Həmin sensorlar məlumatları real zaman ərzində süni zəka sisteminə ötürürlər və süni zəka əldə edilmiş məlumatları emal edir. Bunun sayəsində robot ətraf mühit barəsində məlumatları əldə edə bilir. Buna misal olaraq təsvirləri, səsləri, işığı, məsafəni, sürəti və s. gətirmək olar.

Ardını oxu...

Xiaomi-dən yeni Mi Pad 5 planşet seriyası - QİYMƏTİ

Uzunmüddətli fasilədən sonra Xiaomi şirkəti Mi Pad planşet seriyasının yeni modellərini təqdim edib. Təqdim edilmiş yeni Mi Pad 5 seriyasına 3 planşet modeli daxil olub: Mi Pad 5Mi Pad 5 Pro və Mi Pad 5 Pro 5G. Mi Pad 5 və Mi Pad 5 Pro modelləri öz aralarında yalnız prosessor, batareya həcmi və arxa kamera sayı ilə fərqlənirlər. Digər bütün özəlliklər hər iki planşetdə eynidir. Planşetin 5G versiyası isə sadəcə olaraq 5G şəbəkə dəstəyi və kamera göstəriciləri ilə fərqlənir. Beləliklə planşetlər 120 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 11 düym IPS ekran ilə təchiz olunublar. Planşetlərin ekranları HDR10 və Dolby Vision texnologiyalarını dəstəkləyirlər. Mi Pad 5 Pro modeli həmçinin 8 ədəd səsgücləndiricidən ibarət olan akustika sisteminə sahibdir və Dolby Atmos texnologiyasını dəstəkləyir.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1648242
Bu gün
Bu həftə
Bu ay
Ümumi
2735
4815
21518
1648242
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.