Apple gələn ay yeni məhsullarını təqdim edə bilər
İnsayderlərin verdikləri məlumata əsasən gələn ay Apple şirkəti növbəti təqdimat tədbirini keçirəcək. Həmin tədbirdə 3 yeni məhsulun təqdim olunacağı gözlənilir. İnsayder Jon Prosser-in sözlərinə əsasən Apple şirkəti gələn ay yenilənmiş iPad Pro planşetini, yeni AirPods qulaqlığını və AirTags axtarış trekerini təqdim edəcək. Qeyd etmək lazımdır ki, AirTags axtarış trekerinin hələ keçən ilin sentyabr ayında iPhone 12 ilə birlikdə təqdim olunması gözlənilirdi. Lakin bu baş verməmişdi. Buna baxmayaraq Samsung şirkəti Apple-dan tez davranaraq, SmartTag adlı axtarış trekerini Galaxy S21 ilə birlikdə təqdim etmişdi.