Bazar, 20 Aprel 2025

Apple şirkəti M2 ARM prosessorunun istehsalına start verib

 

Apple şirkəti bu ay özünün yeni ARM prosessorunun irimiqyaslı istehsalına start verib. Söhbət, Apple M2 ARM prosessorundan gedir və o, hələ keçən il təqdim olunmuş M1 prosessorunun davamçısı olacaq. Qeyd etmək lazımdır ki, Apple şirkətinin M1 prosessoru artıq MacBook AirMacBook ProMac mini, iMac və iPad Pro kimi məhsullarda istifadə edilir. Məlumatda qeyd edilib ki, Apple M2 prosessoru 3 ay ərzində Tayvanın TSMC şirkətinin zavodlarında istehsal olunacaq. Əgər hər şey yolunda getsə, yeni prosessorların ilk partiyası yay fəslinin ortasında təhvil veriləcək.

Ardını oxu...

Titan korpuslu “Lenovo ThinkPad X1” noutbuku nümayiş olunub

"Lenovo" şirkəti qabaqcıl "ThinkPad X1 Titanium" noutbukunu nümayiş etdirib. Adından da göründüyü kimi, qurğu titan korpusla təchiz edilib. Bundan başqa, şirkət qurğunun "5G" şəbəkələrinə qoşulması imkanının qayğısına qalıb.

 "Lenovo ThinkPad X1 Titanium" noutbuku 11-ci nəsil "Intel Core i5" və ya "i7" prosessorları ilə təchiz ediləcək. Həmçinin noutbuk "Intel EVO" sertifikasiyasına malik olacaq.

Ardını oxu...

Snapdragon 888 Pro prosessoru eksklüziv olaraq yalnız Çin istehsalı smartfonlarda istifadə oluna bilər

 

İnsayderlərin verdikləri məlumata əsasən Snapdragon 888 prosessorunun Pro versiyası artıq müxtəlif testlərdən keçib və irimiqyaslı istehsal prosesinə keçməyə hazırlaşır. Bununla yanaşı insayderlər bildiriblər ki, Snapdragon 888 Pro prosessoru yalnız Çin istehsalı smartfonlarda quraşdırılacaq. Məlumatda qeyd edilib ki, Qualcomm-un bu yeni prosessoruna sahib smartfonlar bu ilin üçüncü rübündə satışa çıxacaqlar. Snapdragon 888 Pro-nun texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin güman olunur ki, o, adi Snapdragon 888-dən yüksək tezlikdə çalışma özəlliyi ilə fərqlənəcək.

Ardını oxu...

Windows 10-da istənilən Linux tətbiqinin işə salınması mümkün olub

Microsoft şirkəti qrafik interfeysli Linux tətbiqlərinin Windows 10 mühitində işə salınması funksiyasının testinə başlayıb. Sözügedən funksiya Microsoft-un insayder proqramının iştirakçıları üçün artıq aktivdir və heç bir əlavə əməliyyat reallaşdırmadan Linux istifadəçilərinə Windows-da ənənəvi proqram təminatlarından istifadə imkanını verir. WSL alt sisteminin yenilənməsi Linux üçün hazırlanmış istənilən qrafik redaktorları və alətləri işə salmağa şərait yaradır. Bundan əlavə olaraq Microsoft tərtibatçıları GPU-da hardware sürətlənməsi funksiyası ilə mikrofon dəstəyini reallaşdırıblar.

Ardını oxu...

Apple iPad Pro 2021, iMac 2021 və AirTag trekeri təqdim olunub - QİYMƏTİ

Apple şirkəti dünən yeni məhsullarının təqdimatını keçirtdi. Təqdimat çərçivəsində ən nəzərə çarpan məhsullar isə AirTag axtarış trekeri, yeni iPad Pro planşeti və iMac kompüteri oldu. Gəlin AirTag trekerindən başlayaq. Sözügedən cihaz itmiş əşyaların smartfon vasitəsilə tapılması üçün nəzərdə tutulub. AirTag dairəvi formada dizayna sahibdir və xarici görünüşcə qəpiyi xatırladır. O, Apple U1 prosessoru ilə təchiz olunub.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1565213
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1347
15781
35332
1565213
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.