Windows 11-də Android tətbiqlərin dəstəyi yaxın zamanda geniş istifadəçi kütləsi üçün istifadəyə veriləcək
Windows 11-in geniş istifadəçi kütləsinə gələn ay Android tətbiqlərin işə salınmaları üçün nəzərdə tutulmuş sistemin ilkin versiyası istifadəyə veriləcək. Məlumat verilir ki, bu barədə məlumatı Microsoft şirkətinin məhsullar üzrə direktoru Panos Panay verib. Panos Panay bildirib ki, söhbət, sözügedən sistemin ilkin versiyasından gedir. Bu isə o deməkdir ki, Windows 11-də Android tətbiqlərin işə salınmaları üzrə hazırlanmış sistemin beta testi hələ sonlandırılmayıb. Burdan da belə qənaətə gəlmək olar ki, həmin sistemdən istifadə edəcək istifadəçilər müəyyən problemlər ilə qarşılaşa bilərlər. Qeyd etmək lazımdır ki, Microsoft sözügedən sistemin beta testinə keçən ilin oktyabr ayında start vermişdi.

Meta şirkəti AI Research SuperCluster (RSC) adlı superkompüteri yaratdığını elan edib. Bu, süni zəka tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş yeni superkompüterdir. Şirkətin sözlərinə əsasən sözügedən superkompüter yaxın zamanda dünyanın ən sürətli superkompüteri olacaq. Superkompüterin yaradılması üzrə layihəyə Meta şirkətinin infrastruktur və süni zəka üzrə komandaları rəhbərlik ediblər. Layihənin reallaşdırılmasında yüzlərlə mütəxəssis iştirak edib.
"WhatsApp" istifadəçiləri artıq asanlıqla çatda dəstək xidməti ilə əlaqə saxlaya biləcəklər.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu il Azərbaycanda keçiriləcək “Texnofest-2022” festivalı ilə bağlı çağırış edib. Səlcuq Bayraktar texnoloqları müsabiqəyə qoşulmağa çağırıb.
İlk noutbuklar 1980-ci illərdə işıq üzü görüblər. Həmin zamanlarda satışa çıxmış noutbuklardan indiki vaxtda istifadə etmək demək olar mümkün deyil. Lakin buna baxmayaraq həvəskar insanlar onları müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn Dmitri Eluseev adlı Python tərtibatçısı 1989-cu ildə satışa çıxmış Toshiba T3200SX adlı noutbukda bitcoin mayninqini işə sala bilib. Lakin bu proses çox ləng şəkildə gedir.