Bazar, 20 Aprel 2025

Windows 10-da olan Timeline funksiyasının imkanları məhdudlaşdırılacaq

Öz əməliyyat sisteminin təkmilləşdirilməsi ilə məşğul olan Microsoft şirkəti Windows 10-un növbəti versiyasında bir sıra faydalı funksiyanı aradan qaldırıb. Belə ki, yaxın zamanda istifadəçilər hələ 3 il bundan öncə istifadəyə verilmiş Timeline funksiyasının bir çox imkanından istifadə edə biləyəcəklər. Qeyd etmək lazımdır ki, Windows 10-la çalışan noutbuk və kompüter sahibləri Timeline funksiyası vasitəsilə istənilən vaxt sistemdəki dəyişiklik xronologiyasını, fayllarla çalışmanı və həmçinin əlavə edilmiş yeni sənədləri izləyə bilirlər.

Ardını oxu...

Google Photos videoların redaktəsi üçün yenilik edib

Google Android platformalı Photos tətbiqi üçün yeniləmə edib. Bu yeniləmə xüsusi olaraq videolara yönəlmişdir. Yeni yeniləmə ilə tətbiqə tam 30 yeni video redaktə etmək xüsusiyyəti gətirildi. Adlarının əksinə olaraq videoları saxlaya bilən və indi daha ətraflı tənzimləmə vasitələri təqdim edən tətbiq, insanları daha çox məmnun edir. Yeni funksiya ilə videolar artıq tətbiq daxilində kəsilə, döndürülə və sabitləşdirilə bilər. Eyni zamanda, videodan istənilən bir kadr çıxarıla bilər.

Ardını oxu...

Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reallaşdırılıb. Onun vasitəsilə istifadəçilər digər məşğuliyyətlərindən ayrılmadan Youtube-dakı videonu idarə edə biləcəklər. Hətta əgər Youtube servisi digər qovluqda yerləşsə belə bunu etmək mümkün olacaq. Chrome Canary test versiyasının əsas yeni üstünlüyü ondan ibarətdir ki, o, online videonu idarə etmək funksiyasını özündə birləşdirir. Funksiyanın kompakt interfeysi sürətli şəkildə Youtube-dakı videonu işə salmağa, dayandırmağa, onu qabağa və ya geriyə çevirməyə və ümumiyyətlə videonu dəyişdirməyə imkan verir.

Ardını oxu...

Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim edib. Sözügedən smartfon flaqman texniki özəlliklər ilə yanaşı həmçinin prosessorun soyudulması üçün nəzərdə tutulmuş 2 ədəd pər, oyunlarda rahat idarəetmə sistemi üçün 7 əlavə düymə və canlı yayımların rahat şəkildə keçirilməsi üçün kənar hissəyə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunub.

Ardını oxu...

Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində məlumat verib. Şirkət əsasən yeni istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim edib və həmin smartfonların MIUI 12.5-i nə zaman əldə edəcəklərini söyləyib. Xiaomi bildirib ki, bu ay yeni istifadəçi interfeysi əsasən Çin bazarındakı cihazlar üçün istifadəyə veriləcək.

  Görünür, MIUI 12.5-in qlobal versiyası may ayında istifadəçilərə təqdim ediləcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1565002
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1136
15570
35121
1565002
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.