Bazar, 20 Aprel 2025

Apple bütün əsas məhsullarına Face ID texnologiyasını əlavə edəcək

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz əsas məhsullarının hamısına Face ID texnologiyasını əlavə etməyi planlaşdırır. Gurman-ın sözlərinə əsasən Face ID texnologiyasını hətta büdcəli iPhone SE və iPad modelləri də əldə edəcəklər. Qeyd etmək lazımdır ki, bu məhsullar hal-hazırda yalnız Touch ID texnologiyasına sahibdirlər. Bundan əlavə olaraq Apple şirkəti Face ID texnologiyasını həmçinin Mac kompüterlərinə də inteqrasiya etməyi düşünür. Hal-hazırda MacBook modellərinin çox nazik ekranlara sahib olmaları səbəbilə bunu reallaşdırmaq mümkün deyil.

Ardını oxu...

İnternetdə saxta Windows 11 quraşdırılma faylı aşkar edilib

Yeni Windows-u əldə etmək niyyəti ilə istifadəçilər çox zaman piratçılara və kənar resurslara yönəlirlər. Bu məsələdə Windows 11 istisna olmayıb. Dələduzlar və hackerlər artıq bu vəziyyətdən istifadə etməyə başlayıblar. Belə ki, internetdə yeni əməliyyat sisteminin saxta quraşdırılma obrazı ortaya çıxıb. Onu yükləyən istifadəçi isə öz kompüterini müxtəlif növ zərərli proqram təminatı ilə yoluxdurur. Kaspersky Lab.-ın verdiyi məlumata əsasən internetdə aktiv şəkildə 86307_windows 11 build21996.1 x64 adlı fayl yayılıb. Sözügedən faylın həcmi 1.75 GB təşkil edir.

Ardını oxu...

Xiaomi Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısına çevrilib

Canalys analitik şirkəti 2021-ci ilin ikinci rübündə smartfon bazarında olmuş vəziyyət barəsində hesabatını təqdim edib. Həmin hesabatda şirkət bu ilin ikinci rübü üzrə ən çox smartfon istehsal etmiş brendlərin adlarını açıqlayıb. Təqdim edilmiş reytinqə əsasən Xiaomi daha çox smartfon istehsal edərək Apple şirkətinin göstəricilərini geridə qoyub. Reytinqin lideri Samsung olaraq qalır. Belə ki, Samsung smartfon bazarının 19%-nə sahibdir. Son rüb ərzində istehsal olunmuş smartfon sayı məsələsində Samsung 15%-lik yüksəliş sərgiləyib.

Ardını oxu...

Qualcomm şirkəti ASUS-un dəstəyi ilə öz ilk smartfonunu təqdim edib

Qualcomm şirkəti ASUS-un dəstəyi ilə birlikdə hazırladığı ilk smartfonunu təqdim edib. Smartfonda Qualcomm-un ən aparıcı texnologiyalarından istifadə olunub və onun əsas kütləsi Snapdragon insayderləridir. Qualcomm-un sözlərinə əsasən bütün dünyada 1.6 milyon nəfər Snapdragon insayderi mövcuddur. Söhbət, online forumlarda aktiv iştirak edən və Qualcomm-un yeni məhsulları barəsində ilk məlumatları əldə edən insanlardan gedir. Məhz həmin insanlar üçün Qualcomm şirkəti Smartphone for Snapdragon Insiders adlı smartfonunu yaradıb. Sözügedən smartfonun istehsalı ilə ASUS məşğul olur.

Ardını oxu...

Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini rəsmi şəkildə dayandıracağını elan edib. Analitiklərin məlumatlarına əsasən minlərlə Android istifadəçisi hələ də sözügedən əməliyyat sistemindən istifadə edir. Avqust ayının sonundan etibarən Android 4.1 və Android 4.2 əməliyyat sistemlərinin istifadəçiləri artıq Google servislərinin yenilənmələrini əldə etməyəcəklər. Android-in bu versiyaları hələ yanvar ayının sonunda dəstəklənməyən əməliyyat sistemləri siyahısına daxil edilmişdilər. Lakin Google köhnə Android versiyaları üçün kritik təhlükəsizlik yenilənmələrini təqdim etməyə davam edirdi.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1565432
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1566
16000
35551
1565432
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.