Bazar, 22 Dekabr 2024

Standart kalkulyator tətbiqi vasitəsilə Windows 7-nin hack edilmə üsulu aşkar edilib

Windows 7-nin rəsmi dəstəyinin dayandırılmasına baxmayaraq sözügedən əməliyyat sistemi hələ də çox məşhurdur. Lakin Windows 7 üçün artıq rəsmi təhlükəsizlik yenilənmələri istifadəyə verilmədiyi üçün o, daimi şəkildə hackerlər tərəfindən böyük diqqətə layiq görülür. Qbot adlı troyanın bir neçə müddət bundan öncə aşkar edilmiş təkmilləşdirilmiş versiyası məhz Windows 7 istifadəçiləri üçün nəzərdə tutulub. Bununla belə sözügedən virus kompüterin sisteminə çox maraqlı üsul ilə daxil olur. Windows 7 vasitəsilə çalışan kompüter sisteminin yeni hack üsulu barəsində məlumatı proxylife ləqəbli İT mütəxəssis öz hesabatında təqdim edib.

 Onun sözlərinə əsasən Qbot adlı troyanın təkmilləşdirilmiş versiyası ZIP arxiv faylına sahib fişinq xarakterli elektron poçt məktubu vasitəsilə yayılır. Göndərilmiş bu cür məktubdakı təlimat üzrə ZIP arxiv faylının açılması ilə istifadəçi hacker faylını aktivləşdirir və həmin hacker faylı öz növbəsində kompüterə standart kalkulyator tətbiqinin zərərli versiyasını yükləyir. Nəticədə kalkulyator tətbiqinnin zərərli versiyasının işə düşməsi ilə zərərli kod kompüter sisteminə daxil olur. Bununla belə kompüterdə olan antivirus tətbiqi calc.exe-ni etibarlı tətbiq kimi tanıyır və onun əməliyyatlarına heç bir reaksiya vermir. Daha sonra Qbot-un təkmilləşdirilmiş versiyası hackerlərə kompüter sistemi üzərində idarəni əldə etməyə şərait yaradır və ya növbəti fişinq məktubların göndərilməsinə imkan verir. Qeyd etmək lazımdır ki, bu cür kiberhücum yalnız Windows 7-ni əhatə edir.

 

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355758
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1494
14130
35820
1355758
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.