Şənbə, 21 Dekabr 2024

4 məşhur brauzerdə ciddi sistem boşluğu aşkar edilib

 

Microsoft şirkətinin mütəxəssisləri IT təhlükəsizlik mövzusuna aid yeni hesabatlarında internetdə yayılmış yeni zərərli tətbiqlərdən danışıblar. Həmin tətbiqlərin alqoritmləri isə bir neçə məşhur brauzerin təhlükəsizlik mexanizmini deaktiv edə bilirlər. Hackerlərin istifadə etdikləri bu yeni üsul istifadəçilərin də xəbərləri olmadan onların istifadə etdikləri brauzerlərə əlavələri (extensions) yazır.

Ardını oxu...

“ZTE Blade V2021 5G” smartfonu təqdim edilib

ZTE” şirkəti “ZTE Blade V2021 5G” adlı yeni smartfonunu təqdim edib. “MediaTek Dimensity” prosessoru əsasında işləyən ucuz aparatın özəlliyi beşinci nəsil şəbəkələrinin dəstəklənməsi, tutumlu akkumulyator və əməli yaddaşın tutumunun artırılması olub.

 Cihaz 6,52 düymlük diaqonala malik və yeniləmə tezliyi 60 hers olan IPS displeylə təchiz edilib. Aparat “5G” modemlə təchiz edilmiş “MediaTek Dimensity 720” mobil platformasına malikdir.

Ardını oxu...

Android-in yeni funksiyası tətbiqləri internet qoşulmasız digər istifadəçilərə göndərmək imkanını verəcək

Bu ilin yay fəslində Google şirkəti məlumatların sürətli mübadiləsi üçün Nearby Sharing funksiyasının beta testini iş salmışdı. Bu funksiya bir Android cihazdan digərinə sürətli foto, video və linklərin ötürülməsi imkanını verir. İndi isə Google şirkəti bu funksiyanın imkanlarının genişləndirdiyini elan edib. Belə ki, istifadəçilər digərləri ilə Google Play tətbiqlərini bölüşə biləcəklər. Google bu yeni özəlliyin texniki təfərrüatları barəsində məlumat verməyib. Lakin şirkət bildirib ki, bu özəllik yaxın zamanda təqdim olunacaq yenilənmənin vacib funksiyalarından biri olacaq.

Ardını oxu...

Snapdragon 888-ə sahib ilk smartfonlar: Xiaomi Mi 11 və Mi 11 Pro-nun texniki özəllikləri ortaya çıxıb

 

İnternetdə Xiaomi-nin yeni flaqman smartfonları olacaq Mi 11 və Mi 11 Pro modellərinin texniki özəllikləri ortaya çıxıb. Belə ki, insayderlərdən biri öz Twitter hesabında sözügedən smartfonların texniki özəlliklərini özündə əks etdirən cədvəli təqdim edib. Beləliklə məlumata əsasən hər iki smartfon 6 düymdən aşağı olmamaqla kənarları əyilmiş AMOLED ekran əldə edəcək. Ekranlar 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər. Adi Mi 11 modeli 4780 mAh, Mi 11 Pro modeli isə 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Ardını oxu...

Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki özəllikləri təqdim olunub

 

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun bütün texniki özəlliklərini təqdim etdi. Yeni prosessorda edilmiş dəyişikliklər bütün aparıcı özəllikləri əhatə edir. Mərkəzi prosessor ilə qrafik çipin performans göstəricilərinin yüksək səviyyəyə qaldırılmasından əlavə olaraq Snapdragon 888 həmçinin flaqman smartfonların kameralarının təkmilləşdirilməsi üçün nəzərdə tutulub və yüksək performansa sahib süni zəka modulu ilə təchiz olunub.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1354042
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1400
12414
34104
1354042
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.