Avropada elektrotexnika üçün vahid adapter tətbiq edilir
Avropada elektrotexnika üçün vahid adapter tətbiq edilir
Avropa İttifaqına üzv ölkələr və Avropa Parlamenti bütün kiçik və orta ölçülü elektron avadanlıqlar üçün vahid adapter tətbiqi ilə bağlı razılığa gəlib.
Qaydaya görə bütün rəqəmli fotokameralar, mobil telefonlar, planşetlər, qulaqcıqlar və oyun konsolları C tipli USB ilə təchiz edilməlidir. İstehsalçılara yeni qaydaya uyğunlaşmaq üçün 2024-cü ilin payızınadək vaxt verilib. Noutbuk istehsalçıları üçün müddət daha çox – 40 ay müəyyən edilib.
Ardını oxu...
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub).
Microsoft şirkəti Windows 11 yenilənməsinin qlobal şəkildə işə salındığını elan edib. Beləliklə bütün Windows 10 istifadəçiləri məlumatların itirilməsi halını yaşamadan və faylların ehtiyat versiyalarını yaratmadan öz cihazlarını Windows 11-ə kimi yeniləyə bilərlər. Təbii ki, onların kompüterləri Windows 11-in sistem tələblərini dəstəkləməlidirlər.
Bəzən uzun xronometrajlı hansısa videonu izləmək üçün yetəri qədər zaman olmur. Bundan əlavə olaraq bu cür videolarda lazımi kontentin axtarılıb tapılması prosesi də istifadəçini çox zaman qıcıqlandırır. Youtube tərtibatçıları bu problemi həll etmək qərarına gəliblər. Belə ki, Youtube tərtibatçılarının hazırladıqları yeni funksiya öz növbəsində bu və ya digər videonun istifadəçilər tərəfindən ən çox izlənilmiş hissələrini öncədən ayıracaq və onları qeyd edəcək.
"WhatsApp" tərtibatçı komandası özündə "Status" ların yaradılması menyusunda bəzi qrafik dəyişiklikləri ehtiva edən yeniləmə buraxıb.