“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək
Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.
“iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb. Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.
Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.

ABŞ-ın Kolorado ştatında maraqlı bir hadisə baş verib. Belə ki, keçirilmiş incəsənət müsabiqəsinin iştirakçılarından biri neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəsm əsəri sayəsində müsabiqənin rəqəmsal incəsənət kateqoriyasında qalib gəlib. Bu isə öz növbəsində internet istifadəçiləri arasında narazılıqlara və müzakirələrə səbəb olub. Məlum olub ki, sözügedən kateqoriya üzrə qalib gəlmiş Jason Allen adlı şəxs stolüstü oyunların hazırlanması ilə məşğul olan Incarnate Games şirkətinin prezidentidir. Onun neyron şəbəkəsi vasitəsilə generasiya etmiş olduğu əsər “Theatre D’opera Spatial” adını əldə edib.
“Apple” və “Huawei” öz smartfonlarında peyk rabitəsi dəstəyini işə salmağa hazırdır.
Bu gündən etibarən Azərbaycanda təmassız ödəniş sistemi olan "Google Pay" istifadəyə verilib.