2 dəfə daha sürətli və 5 dəfə daha baha: Starlink-in premium tarif paketi təqdim edilib
Elon Musk Starlink peyk interneti layihəsində yeni premium tarifi elan edib. Elan edilmiş premium tarif çərçivəsində istifadəçi siqnalın qəbul edilməsi üçün nəzərdə tutulmuş daha güclü antendən istifadə edəcək. Həmin anten isə öz növbəsində məlumatların yüksək sürətlə ötürülməsini təmin edəcək. Lakin sözügedən premium tarif paketinin aylıq abunə qiyməti standart tarif paketinin aylıq abunə qiymətindən qat-qat yüksəkdir. Premium tarif paketi üçün nəzərdə tutulmuş anten düzbucaqlı dizaynı və daha geniş skan bucağı ilə fərqlənir. Starlink-in rəsmi saytında olan məlumata əsasən premium tarif paketinə daxil olan anten vasitəsilə məlumatların ötürülmə sürəti saniyədə 150-500 Mbit təşkil edir.