IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb
IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı. IBM tərəfindən yaradılmş 2 nanometrlik prosessor müasir 7 nanometrlik prosessorlardan 45% daha performanslıdır. Bundan əlavə olaraq yaradılmış 2 nanometrlik prosessor 75% daha az enerji sərfiyyatı özəlliyinə sahibdir. Şirkət 150 kvadrat millimetr ölçüsündə olan çipin üzərində 50 milyard tranzistor yerləşdirə bilib. IBM-in sözlərinə əsasən bu cür yeni nəsil prosessor smartfon batareyalarının istifadə müddətlərini 400% artıra, kompüterlərin və istənilən proqram təminatının çalışmalarını təkmilləşdirə və o cümlədən avtomobillərdəki avtopilot sistemlərinin reaksiyalarını sürətləndirə bilər.
Ardını oxu...