Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq
Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi barəsində yeni məlumatlar verib. Məlumatda qeyd edilib ki, Huawei mövcud olan smartfonlarını HarmonyOS-ə keçirməkdən əlavə olaraq yaxın zamanda təqdim olunacaq yeni məhsullarında öncədən bu əməliyyat sistemini quraşdıracaq. Yəni başqa sözlə desək, Huawei şirkətinin yeni cihazları artıq HarmonyOS-ə sahib şəkildə satışa çıxacaqlar. İnsayder bildirib ki, bu cür addım artıq şirkətin növbəti yeni smartfon modelini əhatə edəcək.