Bazar, 22 Dekabr 2024

"Kaspersky" "Android" platformalı cihaz istifadəçilərinə xəbərdarlıq edib

Azərbaycan istifadəçilərini gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.

“Kaspersky”dən  verilən məlumata görə, belə troyanları Android platformalı cihaz istifadəçilərindən pul mənimsəməyin klassik üsullarından biri hesab olunur.

Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq, faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.

 Çox vaxt, bu tip troyanlar istifadəçilərdən müxtəlif qanuni xidmətlər üçün gizli şəkildə ödənişlər aparırlar, bunun üçün isə kiberdələduzlar faiz əldə edirlər. Lakin bəzən bu zərərli proqramlar istifadəçiləri dələduzların öz “xidmətlərinə” qoşurlar. Zərərli proqram SMS və ya push bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1355809
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1545
14181
35871
1355809
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.