Xenomorph adlı yeni Android virus Google Play-də adi tətbiq kimi maskalanaraq yayılmağa başlayıb
Mütəxəssislər Xenomorph adlı yeni Android virus barəsində məlumat veriblər. Aşkar edilmiş yeni virus Google Play Store üzərindən yayılır. Analitiklərin məlumatlarına əsasən bu virus artıq 50.000 ədəd cihazı yoluxdurub. Məlumatda qeyd edilib ki, Xenomorph adlı virus ilk növbədə cihazlardakı vacib maliyyə məlumatlarının axtarılması ilə məşğul olur. Hal hazırda sözügedən virus hələ hazırlanma mərhələsindədir. Lakin buna baxmayaraq o artıq İspaniya, İtaliya, Portuqaliya və Belçika kimi ölkələrin maliyyə müəssisələrinin müştərilərinə qarşı kiberhücumlar reallaşdırır.