Bazar ertəsi, 04 Avqust 2025

Huawei smartfonlarında 5G şəbəkəni təmin edəcək xüsusi keysin ilk real fotosu ortaya çıxıb

Bir neçə gün bundan öncə xəbər ortaya çıxmışdı ki, Huawei şirkəti öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul vasitəsilə geri qaytaracaq. Belə ki, şirkət 5G dəstəyini reallaşdıracaq xüsusi smartfon keysləri üzərində çalışır. Həmin keyslər öz növbələrində şirkətin aktual və gələcək smartfonlarını 5G şəbəkəsi ilə təmin etməlidirlər. İndi isə internetdə sözügedən keysin ilk real fotosu ortaya çxıb. Çinin Weibo adlı sosial şəbəkəsində Huawei P50 Pro-nun fotosu ortaya çıxıb. Ortaya çıxmış fotonun maraqlı tərəfi ondan ibarətdir ki, smartfonun yanında həmçinin xüsusi keys əks olunub və həmin keys smartfonun arxa panelinin dizaynını təkrarlayır.

Ardını oxu...

“WhatsApp” yeni interfeysi və funksiyanı sınaqdan keçirir

“WhatsApp” iOS üçün əlaqə məlumatlarının yer aldığı yeni səhifəni sınaqdan keçirməyə başlayıb.

Yenilik 22.6.0.73 beta versiyasında tətbiq edilib.

Yenilənmiş interfeys avqust ayında biznes hesabları üçün istifadıyı veriləcək. Yeni əlaqə məlumatı səhifəsində daha böyük zəng düymələri, həmçinin mesajların axtarışı üçün yeni qısayol təqdim ediləcək.

Ardını oxu...

Mobil telefonlar görün nə ilə əvəzlənəcək - Bill Geytsdən İNQİLABİ PROQNOZ

Mobil telefonlar elektron döymələrlə əvəz oluna bilər.

Bu proqnozu "Microsoft" şirkətinin qurucusu Bill Geyts edib.

Yeni inqilabi ixtira haqqında ətraflı danışan milyarder qeyd edib ki, dəridə edilən elektron tatular tibbi məlumatları toplayıb idarə edə biləcək. Hazırda hazırlanmaqda olan bu cihaz yeni texnoloji fenomen olacaq və əlavə heç bir vasitədən istifadə etmədən qan təzyiqini, ürək döyüntüsünü, qanda oksigen dərəcəsini ölçəcək, həmçinin mobil telefonların funksiyalarına malik olacaq.

Ardını oxu...

Windows 11-də daha təkmilləşdirilmiş videoredaktor istifadəyə veriləcək

Paint və Notepad Windows əməliyyat sisteminin yeganə ştat tətbiqləri deyillər. Sözügedən tətbiqlərdən əlavə olaraq Windows-un tərkibinə həmçinin müxtəlif multimedia alətləri daxildir və Microsoft yaxın zamanda onlardan birini təkmilləşdirəcək. Söhbət, videoların redaktə edilməsi üçün nəzərdə tutulmuş tətbiqdən gedir. Yaxın zamanda primitiv Gallery funksiyalarının əvəzinə təkmilləşdirilmiş proqram alətləri istifadəyə veriləcək. Clipchamp adlı tətbiq artıq Windows 11 Insider Preview Build 22572 test versiyasında istifadəyə verilib.

Ardını oxu...

DeepMind qədim mətnləri bərpa etməyi bacaran yeni süni zəka sistemini yaradıb

Google şikətinə məxsus olan DeepMind laboratoriyası daha əvvəl uğurla süni zəkaya insan səviyyəsində proqramlaşdırmanı öyrətmişdi. İndi isə mütəxəssislər daha bir sahəni fəth etmək qərarına gəliblər Söhbət, süni zəkanın tətbiqi arxeologiyada istifadəsindən gedir. Belə ki, DeepMind-ın yaratdığı yeni süni zəka sistemi qədim mətnləri yüksək dəqiqliklə bərpa edə bilir. Yaradılmış yeni süni zəka sistemi qədim mətnlərin itmiş hissələrini bərpa etməklə yanaşı onların mənşəyni və tarixini təyin edə bilir. Bunun üçün DeepMind mütəxəssisləri İtaliyadan, Fransadan və Yunanıstandan olan tarixçilər ilə birlikdə süni zəka sistemini qədim yunan mətnləri üzrə böyük məlumatlar bazası vasitəsilə təlimatlandırıblar. Nəticədə Ithaca adlı süni zəka sistemi yaradılıb.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1716892
Bu gün
Bu həftə
Bu ay
Ümumi
734
1685
4192
1716892
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.