Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzarətdə saxlayır
Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırlayıblar. Siçanlar üzərində aparılmış testlər nəticəsində məlum olub ki, sözügedən yara bandı yaranın sağalma müddətini 25%, dərinin bərpası müddətini isə 50% sürətləndirir. Sözügedən yara bandı iki laydan ibarətdir. Üst layda qalınlığı 100 mikron olan polimer lent yerləşir və həmin lentə elektron komponentlər yerləşdirilib. Aşağı layda isə öz tərkibinə görə dərini xatırladan rezin hidrogelden ibarətdir. Aşağı lay öz növbəsində yara ilə təmasda olur. Yara bandında olan biosensorlar daimi şəkildə yaranın temperaturunu və cərəyan impedansını (dəyişən cərəyan axınına müqavimət) nəzarətdə saxlayırlar. Bu isə ola biləcək iltihabın müddətini aşağı salır.