Twitter-in daha bir mənfi özəlliyi aradan qaldırılacaq
Twitter istifadəçiləri sosial şəbəkənin bir özəlliyi ucbatından dəfələrlə xoşagəlməz vəziyyətlərə düşüblər. Lakin yaxın zamanda bu vəziyyət dəyişəcək. Elon Musk özü bu barədə məlumat verib. Hal hazırda Twitter istifadəçinin tweet-i hansı növ cihazdan paylaşdığını əks etdirir. Məsələn əgər tweet iPhone üzərindən paylaşılırsa, həmin tweet-in yanında “Twitter for iPhone” yazısı əks olunur. Sosial şəbəkədə olan bu özəllik səbəbilə Android smartfon istehsalçıları ilə əməkdaşlıq edən brendlər və ayrı-ayrı şəxslər dəfələrlə əslində iPhone istifadəsi məsələsində yaxalanıblar. Məsələn 2018-ci ildə Samsung-un rəsmi Twitter hesabı vasitəsilə reklam postu paylaşılmışdı və paylaşılmış postun yanında “Twitter for iPhone” yazısı əks olunmuşdu.