Google artıq ənənəvi şifrələrin yerinə Passkey-dən istifadəni təklif edir
Google şirkəti istifadəçilər arasında Passkey texnologiyasını yaymağa davam edir. Bu texnologiya ənənəvi şifrələrin istifadəsindən azad olmağa imkan verir və həmin şifrələrin autentifikasiya üsullarından biri ilə əvəzlənməsini təklif edir. Şirkət elan edib ki, o artıq öz istifadəçilərinə giriş açarının yaradılması təklifini göndərib. İstifadəçilər yaradacaqları giriş açarından istifadə edərək öz Google hesablarına daxil ola biləcəklər və bu halda heç bir şifrənin daxil edilməsinə ehtiyac qalmayacaq. Passkey texnologiyası ənənəvi şifrələr ilə müqayisədə daha təhlükəsiz və rahat alternativ hesab edilir. O, şifrələrdən və SMS təsdiqləmələrdən istifadəni aradan qaldırır və onları PIN kod və ya barmaq izi ilə üz skanı kimi biometrik autentifikasiya ilə əvəz etməyi təklif edir. Bununla belə biometrik məlumatlar Google şirkətinə və ya başqa birinə ötürülmür. Buna görə də yüksək konfidensiallıq səviyyəsi qorunub saxlanılır. Bununla belə Google bildirib ki, ənənəvi şifrələr aktual olaraq qalırlar və hansısa səbəbdən Passkey-dən istifadə etməyi istəməyən istifadəçilər şifrələrdən istifadə etməyə davam edə bilərlər.