MWC 2023: Nokia öz yeni loqosunu sərgiləyib
Finlandiyanın telekommunikasiya təchizatlarının istehsalı ilə məşğul olan Nokia şirkəti son 60 ildə ilk dəfə loqosunun dizaynını dəyişdiyini elan edib. Şirkət bildirib ki, o, istifadəçilərin onu yalnız mobil telefon istehsalçısı kimi tanımalarını istəmir. Buna görə də o öz loqosunun dizaynını dəyişib. Qeyd etmək lazımdır ki, Nokia öz mobil telefon istehsalı ilə məşğul olan biznesini 10 il bundan öncə HMD Global şirkətinə təhvil verib. Bununla yanaşı Nokia MWC 2023 sərgisi çərçivəsində yeni strategiyası barəsində də məlumat verib.