Bazar ertəsi, 21 Aprel 2025

Süni intellekt bədii film yaradacaq

Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.

Müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

Ardını oxu...

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! - Bu tarixdən bəzi telefonlarda işləməyəcək

Cari ilin oktyabr ayından etibarən məşhur vatsap messenceri bəzi “Apple” smartfonlarını artıq dəstəkləməyəcək.

 “iOS 10” və “11” əməliyyat sistemli “iPhone” istifadəçiləri vatsapdan proqram təminatının iOS 12 və digər versiyalara yenilənməsi tövsiyəsi ilə bağlı bildirişlər almağa başlayıb. Əks halda, 24 oktyabr 2022-ci il tarixindən etibarən messencer istifadəçiləri ona girişi itirəcək.

Eyni zamanda, hələ də populyar olan “iPhone 5” və “iPhone 5C” smartfonlarını “iOS 12”-ə yeniləmək mümkün deyil. Beləliklə, oktyabrın sonundan bu smartfonların sahibləri vatsapdan istifadə edə bilməyəcəklər.

Neyron şəbəkəsi tərəfindən yaradılmış rəqəmsal rəsm əsəri incəsənət müsabiqəsində qalib gəlib

    ABŞ-ın Kolorado ştatında maraqlı bir hadisə baş verib. Belə ki, keçirilmiş incəsənət müsabiqəsinin iştirakçılarından biri neyron şəbəkəsi tərəfindən generasiya edilmiş rəsm əsəri sayəsində müsabiqənin rəqəmsal incəsənət kateqoriyasında qalib gəlib. Bu isə öz növbəsində internet istifadəçiləri arasında narazılıqlara və müzakirələrə səbəb olub. Məlum olub ki, sözügedən kateqoriya üzrə qalib gəlmiş Jason Allen adlı şəxs stolüstü oyunların hazırlanması ilə məşğul olan Incarnate Games şirkətinin prezidentidir. Onun neyron şəbəkəsi vasitəsilə generasiya etmiş olduğu əsər “Theatre D’opera Spatial” adını əldə edib.

Ardını oxu...

Smartfonlarda peyk rabitəsi OLACAQ - telefonunuzun şəbəkəsi olmasa...

“Apple” və “Huawei” öz smartfonlarında peyk rabitəsi dəstəyini işə salmağa hazırdır.

Bu barədə məşhur insayder Ming-Chi Ko deyib.

O təsdiqləyib ki, Apple iPhone 14 seriyalı telefonlarda mobil əhatə olmadıqda fövqəladə rabitə üçün nəzərdə tutulan peyk funksiyasını işə salmağa hazır olacaq. Həmçinin, oxşar texnologiyanı 2021-ci ildə buraxılan iPhone 13 seriyası da dəstəkləyəcək. Ming-Chi Ko bildirib ki, sentyabrın 6-da “Huawei” yeni Mate 50 modelinin təqdimatını keçirəcək, o, həm də peyklər vasitəsilə rabitə dəstəyi alacaq.

Ardını oxu...

Təhlükəsiz, həm də rahat - “Google Pay” nədir?

Bu gündən etibarən Azərbaycanda təmassız ödəniş sistemi olan "Google Pay" istifadəyə verilib.

Bəs “Google Pay” nədir, ondan  necə istifadə olunur?

Bu texnologiya bütün dünyada populyardır. “Google Pay” və ya GPay (əvvəlki adı Android Pay) “Google” tərəfindən hazırlanmış mobil cihazlar vasitəsilə elektron ödəmə sistemidir. Mobil telefonlardan, planşet və hətta ağıllı saatlardan məhsulların ödənişlərini etmək mümkündür.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1565769
Bu gün
Bu həftə
Bu ay
Ümumi
285
1903
35888
1565769
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.