Çərşənbə, 01 May 2024

Yenilənmiş Google Search-ə fotoların tərtib edilməsi funksiyası əlavə edilib

Google SGE (Search Generative Experience) özündə süni zəka sistemini birləşdirən yenilənmiş Google Search-dür. Daha öncə bu axtarış sistemində axtarış sorğuları əsasında mətn formatında məlumatların tərtibatı aktiv idi. İndi isə bu yenilənmiş axtarış sisteminə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Beləliklə bundan sonra Google SGE istifadəçiləri birbaşa axtarış sistemində fotolar tərtib edə biləcəklər. Qeyd etmək lazımdır ki, Google SGE hal hazırda test rejimində çalışır və ondan Google Labs-da qeydiyyatdan keçmiş istifadəçi hesabları yararlana bilirlər. Bu yenilənmiş axtarış sistemi istifadəçilərin sorğularına cavabları ənənəvi veb səhifələr siyahısı şəklində deyil, internetdə mövcud olan məlumatlar əsasında tərtib edilmiş mətnlər şəklində təqdim edir. İndi isə bu sistemə mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası əlavə edilib. Funksiyadan istifadə etmək üçün istifadəçi sadəcə olaraq axtarış sorğusu sahəsindəki lazımi sorğudan əvvəl “Draw” və ya “Sketch” sözünü yazmalıdır. Bu funksiya çərçivəsində fotolar Google şirkətinin Imagen sistemi tərəfindən tərtib edilir. İstifadəçinin bir sorğusu çərçivəsində 4 variantda foto tərtib edilir.
Variantlardan birini seçəndən sonra isə sistem seçilmiş fotonun keyfiyyətini avtomatik şəkildə yaxşılaşdırır. Daha sonra istifadəçi əldə edilmiş fotonu Google Drive-da saxlaya, yükləyə və ya redaktə edə bilər. Onu da qeyd etmək lazımdır ki, sistem tərtib edilmiş hər bir fotoya həm görünən həm də görünməyən işarələri əlavə edir. Bu, hər hansısa istifadəçinin tərtib edilmiş fotonun məhz süni zəka tərəfindən tərtib edildiyindən məlumatlı olması üçün nəzərdə tutulub. Məlumata əsasən təhlükəsizlik məsələsi səbəbilə sistem məşhur şəxslərin fotolarını, zərərli, 18+ və insanlarda yalnış fikirlər yarada biləcək kontentləri tərtib etməyəcək.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1070285
Bu gün
Bu həftə
Bu ay
Ümumi
154
3263
154
1070285
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi