Çərşənbə axşamı, 30 Aprel 2024

Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messenceri yeniləyərək ona çoxdan gözlənilən funksiyanı əlavə ediblər. Söhbət bir cihazda eyni anda iki Whatsapp hesabının istifadəsi funksiyasından gedir. Messencerin rəsmi bloqunda Whatsapp-a ikinci telefon nömrəsinin əlavə edilməsi təlimatı yerləşdirilib. Messencerə ikinci telefon nömrəsinin daxil edilməsi üçün messencer daxilində ayarlara keçid edib istifadəçi adının yanındakı işarəyə klikləmək lazımdır.

Lakin onu da qeyd etmək lazımdır ki, bunun üçün mütləq şəkildə əlavə nömrənin SIM kartı və ya eSIM versiyası lazım olacaq. Belə ki, prosesin yekunlaşdırılması üçün həmin nömrəyə xüsusi SMS şifrə göndəriləcək.

Məlumatda qeyd edilib ki, istifadəçi hər bir nömrə üçün individual konfidensiallıq və bildiriş ayarlarını təyin edə bilər. Beləliklə bundan sonra istifadəçilər bir hesabdan digərinə keçid edəcəkləri zaman aktual hesablarından bir dəfəlik çıxışı reallaşdırmalı olmayacaqlar.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1070122
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1412
3100
25948
1070122
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi