NVIDIA və Microsoft birgə şəkildə bulud superkompüteri yaradacaqlar
NVIDIA və Microsoft şirkətləri birgə şəkildə bulud superkompüterinin yaradılması layihəsini elan ediblər. Yaradılacaq bulud superkompüteri süni zəka alqoritmləri ilə çalışmaq üçün nəzərdə tutulacaq. Sözügedən layihənin reallaşdırılması üçün şirkətlər öz aparıcı texnologiyalarından istifadə edəcəklər. Şirkətlər arasında olacaq uzunmüddətli əməkdaşlıq çərçivəsində Microsoft Azure bulud platformasından, NVIDIA-nın A100 və H100 qrafik prosessorları əsasında olan hesablama sürətləndiricilərindən, NVIDIA AI Enterprise proqram təminatı platformasından və Quantum-2 InfiniBand adlı şəbəkə sviçlərindən istifadə ediləcək.