Bazar ertəsi, 16 İyun 2025

Twitter-də tweet-lərin redaktə edilməsi funksiyası hamı üçün istifadəyə veriləcək

Twitter bu il tweet-lərin redaktə edilməsi funksiyasını anons etmişdi. Hər hansısa tweet-i paylaşmış şəxs sözügedən funksiya vasitəsilə paylaşılmış tweet-i redaktə edə bilər. Lakin sözügedən funksiya Twitter Blue adlı aylıq abunəlikdən istifadə edənlər üçün anons edilmişdi. Yəni tweet-lərin redaktə edilməsi funksiyasından adi Twitter istifadəçiləri istifadə edə bilməyəcəkdilər. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər.

Belə ki, Business Insider-in verdiyi məlumata əsasən tweet-lərin redaktə edilməsi funksiyası bütün istifadəçilər üçün aktiv olacaq.

Ardını oxu...

Microsoft ucuz qiymətə bulud kompüterlərin satışlarını planlaşdırır

Görünür, Microsoft şirkəti kompüter satışlarının aşağı düşdüyü və professional şəxslərin öz fəaliyyətlərini bulud sistemlərə keçirtdikləri bir vaxtda Windows-dan olan gəlirləri qoruyub saxlamağın üsulunu tapıb. Belə ki, şirkət baha qiymətə satılmayan bulud kompüterlərini satışa çıxarda bilər. Onlar isə öz növbələrində abunəlik və reklam hesabına şirkətə gəlir gətirəcəklər. Microsoft-un bu cür yeni strategiyasının işə düşəcəyinə şirkət daxilində ortaya çıxmış vakansiyalar işarə edirlər. Sentyabr ayında Microsoft şirkəti Windows Incubation adlı yeni yaradılmış şöbəyə mühəndislər ilə digər mütəxəssislərin axtarışında idi. Sözügedən şöbənin əsas məqsədi bulud sistemlər və texnologiyalar sahəsində Windows-un yeni istiqamətini yaratmaqdır.

Ardını oxu...

Whatsapp-a böyük yenilənmə gəlib

 Meta şirkəti özünün Whatsapp messenceri üçün böyük yenilənməni təqdim edib. Təqdim edilmiş böyük yenilinmədə tərtibatçılar Communities funksiyasını hamı üçün aktiv ediblər və videozənglər funksiyasının imkanlarını genişləndiriblər. Hamı üçün istifadəyə verilmiş Communities funksiyası bir növ Slack messencerini və ya Discord-u xatırladır. Bu yeni funksiya sayəsində istifadəçilər Whatsapp daxilində bir növ icmalar (communities) yarada bilərlər. Həmin icmalar isə özlərində bir neçə qrupları birləşdirə bilərlər. Messencerin tərtibatçıları əmindirlər ki, sözügedən yeni funksiya məktəb təşkilatları və hansısa şirkətin əməkdaşları üçün faydalı olacaq. Belə ki, şirkət əməkdaşları icmalar daxilində bir-biriləri ilə iş barəsində əlaqə yarada bilərlər.

Ardını oxu...

Məlumatların ötürülməsi sürətində yeni rekorda imza atılıb

Danimarkadan və İsveçdən olan alimlər dünyada ilk dəfə rəqəmsal məlumatların ötürülməsi çərçivəsində saniyədə 1 Pbit-dən (petabit) daha yuxarı ötürülmə sürətini əldə ediblər. Belə ki, alimlər tərəfindən məlumatların ötürülməsi zamanı saniyədə 1.84 Pbit (saniyədə 1.8 milyon Gbit) sürət əldə edilib. Bu isə dünyanın bütün internet trafikini 2 dəfə üstələyir. Bununla belə sözügedən təcrübə çərçivəisndə alimlər optik lazerdən və optik çipdən istifadə ediblər. Adi istifadəçinin evindəki internet sürəti saniyədə bir neçə yüz Mbit təşkil edir. Bəzi hallarda isə bu göstərici saniyədə 1 Gbit-dir. Hər halda bu, saniyədə 1 Pbit sürətdən milyonlarla dəfə aşağıdır.

Ardını oxu...

Gələn il köhnə Windows versiyalarında Chrome brauzerinin dəstəyi dayandırılacaq

Google şirkəti Windows və Windows 8.1 əməliyyat sistemləri üçün Chrome brauzerinin final versiyasını gələn ilin əvvəlində istifadəyə verməyi planlaşdırır. Söhbət, Chrome 110 versiyasından gedir. Onun 7 fevral 2023-cü il tarixində istifadəyə veriləcəyi güman edilir. Beləliklə Chrome 110 versiyası Windows 7 və Windows 8.1 əməliyyat sistemləri üçün təqdim olunacaq son versiya olacaq. Ondan sonra Google öz brauzerinin sözügedən əməliyyat sistemlərində dəstəyini dayandıracaq. Problem ilk baxışdan göründüyündən daha ciddidir. 2009-cu ildə istifadəyə verilməsinə və 2020-ci ildə dəstəyinin dayandırılmasına baxmayaraq Windows 7 hələ də çoxlu sayda cihazda çalışmağa davam edir.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1644474
Bu gün
Bu həftə
Bu ay
Ümumi
129
1047
17750
1644474
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.