Şənbə, 14 İyun 2025

Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib

Orkney adaları Böyük Britaniyada poçtu dronla çatdıran ilk yer oldu.

Bu əməliyyat “Royal Mail” və “Skyports” dron xidməti tərəfindən həyata keçirilib. “Royal Mail” adalar arasında məktub və bağlamaları paylamaq üçün limanları dayanacaq məntəqələri olaraq təyin edib.

İlkin sınaqlar zamanı Şotlandiya məktəbləri üçün yemək, Mull xəstəxanasına tibbi maskaların çatdırılması uğurla başa çatıb. Sözügedən xidmətin ilkin olaraq üç aylıq fəaliyyəti maliyyələşdirilsə də, “Royal Mail” tələbat yaranarsa, fəaliyyət müddətini artıracaqlarını bildirib.

Ardını oxu...

Yeni yaradılan HADER texnologiyası zil qaranlıqda işıqlı görməyə imkan verəcək

Perdyu Universitetinin tədqiqatçıları robototexnika sahəsində maşın görmə və qavrayışda HADAR adlı patenti gözlənilən metod hazırlayıblar. Ənənəvi metodların məhdudiyyətlərini aradan qaldıran bu üsul hətta çətin işıqlandırma şəraitində belə sahələrin və obyektlərin fakturasını, dərinliyini və fiziki atributlarını qavramaq üçün termal fizika infraqırmızı təsvir və maşın öyrənməsindən istifadə edir. Yeni texnika ətraf cisimlərin kiçik ölçülü yerdəyişməsini də ayırd edə biləcək mexanizmə malikdir.

Elmore Elektrik və Kompüter Mühəndisliyi Məktəbinin dosenti Zubin Yakob və tədqiqatçı alim Fanglin Bao HADAR-ın istiliyin köməyilə uzağın müəyyən və təyin edilməsinə əsaslandığını bəyan ediblər.

Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılmasına start verilib

Microsoft şirkəti Windows 11-də Cortana səsli köməkçisinin dəstəyinin dayandırılması prosesinə start verib. Belə ki, Windows 11-in yeni test versiyasında sözügedən səsli köməkçi artıq deaktiv edilib. Bununla yanaşı Windows 11-in stabil versiyasında Microsoft Store tətbiqinin yenilənməsini əldə etmiş bəzi istifadəçilər də qeyd ediblər ki, yenilənmədən sonra Cortana artıq çalışmır. Windows 11-in yeni test versiyasında Cortana-nı işə salmaq istəyən zaman istifadəçiyə belə bir bildiriş sərgilənir. “Cortana Windows-da avtonom tətbiq kimi artıq köhnəlib”.

Ardını oxu...

İstifadəçilər internetdə ortaya çıxmış özəl məlumatlarından xəbərdar olacaqlar

Google şirkəti istifadəçinin özü barəsində məlumatları internetdə axtarıb tapmaq və onların Google axtarış nəticələrindən silinməsi proseslərini sadələşdirən yeni funksiyanı təqdim edib. Google bu və ya digər istifadəçinin yaşadığı yerin ünvanı, telefon nömrəsini və elektron poçt ünvanını internetdə tapdığı zaman bu barədə bildirişi ona göndərəcək. İstifadəçi Google tərəfindən tapılmış məlumatlarla yaxından tanış olandan sonra onların Google axtarış nəticələrindən silinmələrini reallaşdıra bilər. Keçən ilin sentyabr ayında şirkət “Results about you” adlı funksiyanı anons etmişdi.

Ardını oxu...

ChatGPT tətbiqinin Android versiyası Azərbaycanda aktivləşdirilib

Keçən həftə OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun Android üçün nəzərdə tutulmuş tətbiqini bəzi ölkələrdə istifadəyə vermişdi. İndi isə şirkət rəsmi olaraq bildirib ki, tətbiq əlavə 160 ölkədə istifadəyə verilib. Çat-botun Android üçün olan tətbiqinin istifadəyə verildiyi ölkələr arasında Azərbaycan, Türkiyə, Ukrayna, Çexiya, Xorvatiya, Almaniya, Gürcüstan və s. ölkələr var. Çat-botun Android üçün olan tətbiqini Google Play Market-dən yükləmək olar.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1643316
Bu gün
Bu həftə
Bu ay
Ümumi
788
8127
16592
1643316
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.