Şənbə, 14 İyun 2025

Snapdragon 8 Gen 3 prosessoru iki versiyada təqdim ediləcək

İnternetdə Qualcomm əməkdaşı ilə şirkət partnyoru və ya sifarişçisi arasındakı yazışmanın bir hissəsi olduğu iddia edilən foto ortaya çıxıb. Ortaya çıxmış fotodan belə qənaətə gəlmək olar ki, Qualcomm şirkəti eyni ada sahib iki müxtəlif flaqman prosessoru təqdim etməyə hazırlaşır. Məlumata əsasən Qualcomm Snapdragon 8 Gen 3 prosessorunu 2 müxtəlif texnoloji prosesin istesahlı ilə hazırlayacaq.

Söhbət, TSMC şirkətinin 4 nanometrlik və 3 nanometrlik texnoloji proseslərindən gedir.

Ardını oxu...

Neuralink öz beyin implantının insanlar üzərində testlərinə hazırlaşır

Görünür, Elon Musk-ın Neuralink şirkəti öz beyin implantını insanlar üzərində test etməyə artıq hazırdır. Belə ki, şirkət öz saytında bu prosesdə iştirak edəcək könüllülərin axtarışı ilə bağlı elan yerləşdirib. Elanda könüllülərə olan tələblər və təcrübədə nələrin olacaqları qeyd edilib. Şirkətin Neuralink N1 adlı çipi qəpik ölçüsündə olan çipdir və o, 64 ədəd nazik elektrod vasitəsilə birbaşa beyinə qoşulur. 64 elektroddan hər biri isə beyində hərəkət niyyətindən cavabdeh olan hissələrə yeridilir.

Ardını oxu...

Google Chrome brauzerinə iki yeni təhlükəsizlik funksiyasını əlavə edəcək

Google şirkəti özünün Chrome brauzeri üçün iki yeni təhlükəsizlik funksiyası üzərində çalışır. Sözügedən funksiyalar Chromium Gerrit adlı platformada aşkar edilib. Funksiyalardan biri istifadəçilərə konfidensiallıq ayarları üçün rahat paneli təqdim edəcək, digəri isə istifadəçiləri veb saytların izlənməsindən qoruyacaq. Məlumatda qeyd edilib ki, Google şirkətinin təhlükəsizlik sistemi cookie fayllarının zərərsizləşdirilməsinə yardımçı olacaq.

Ardını oxu...

Whatsapp-ın iPad planşetləri üçün tətbiqinin beta versiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerin iPad planşetləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyasını istifadəyə veriblər. Qeyd etmək lazımdır ki, Whatsapp artıq uzun illərdir ki, iPad planşetləri üçün nəzərdə tutulmuş ayrıca versiyasına sahib deyil. Bu səbəbdən də iPad istifadəçiləri messencerin veb versiyasından istifadə etməli olurlar. Qeyd etmək lazımdır ki, messencerin iPad üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyası hələ hamı üçün aktiv deyil.

Ardını oxu...

Apple bütün cihaz və aksesuarlarında Lightning girişi ilə vidalaşacaq

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple özünün Lightning girişindən bütün cihazlarda vidalaşmaq və onu USB-C ilə əvəz etmək niyyətindədir. Bununla belə şirkətin bəzi məhsullarında bunun reallaşdırılmasını bir qədər gözləmək lazım gələcək. Keçən həftə təqdim edilmiş iPhone 15 smartfon seriyasına daxil olan bütün modellər USB-C-yə keçid etdilər. Eyni zamanda şirkət USB-C dəstəkli şarj keysinə sahib AirPods Pro 2-ni də təqdim etdi.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1642634
Bu gün
Bu həftə
Bu ay
Ümumi
106
7445
15910
1642634
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.