Android smartfonlarda istəmədiyiniz tətbiqləri gizlədə biləcəksiniz!
Google indi Android ekosistemi üçün Private Space adlı yeni funksiya hazırlayır. Belə ki, yeni funksiya ilə istifadəçilər android smartfonlarında istəmədikləri tətbiqləri gizlədə biləcəklər. Hələlik isə bu funksiyanın nə zaman istifadəyə veriləcəyi məlum deyil. Ümumiyyətlə ABŞ mərkəzli texnologiya nəhəngi Google ötən aylarda buraxdığı Android 14 üzərində yeniliklər etməyə davam edir. Google indi Android 14 QPR2 Beta 2 versiyasında yeni funksiyasını açıqlayıb. “Şəxsi Sahə” adlanan funksiya bəzi istifadəçilər üçün əvəzolunmaz yenilikdir.
Ümumiyyətlə istifadəçilər Android smartfonlarına daim yeni tətbiqlər və proqramlar quraşdırır. Bəzən isə bu tətbiqlərdən bəzilərini gizli saxlamaq lazım gəlir.
Ardını oxu...
OpenAI şirkətinin qabaqcıl GPT-4 modelini əvəz edəcəyi gözlənilən süni intellekt 3 fərqli modeldə, Gemini Ultra, Pro və Nano kimi təqdim olunur. Qeyd edək ki, Google şirkətinin yeni süni intellekt modelinin təqdimatı təxirə salınmışdı. Daha doğrusu bununla bağlı xəbərlər ortaya çıxmışdı. Məhz buna görə də yeni süni intellekt modelinin təqdim edilməsi hərkəs üçün sürpriz oldu.

Apple brend texnologiya məhsulları və smartfonları bazarda ən populyar cihazlar arasında olsa da və bütün dünyada milyonlarla insan tərəfindən istifadə edilsə də, bu kimi məhsulların əvvəlindəki 'i' hərfinin nə demək olduğu həmişə maraq mövzusu olub. Şirkət tərəfindən istehsal olunan iPhone, iPad və iWatch kimi məhsullar buraya daxildir.