Stock fotoların tərtibatı üçün yeni süni zəka platforması təqdim edilib

Platforma NVIDIA-nın Picasso adlı süni zəka modeli əsasında çalışır. Məlumata əsasən sözügedən yeni platforma stock fotoların seçilməsi mövzusunda freelancer-lərin və kiçik biznesin işini sadələşdirə bilər. Servisdən istifadə haqqı 14.99$ təşkil edir. Bu qiymətə süni zəkaya göndərilməsi üçün nəzərdə tutulmuş 100 ədəd sorğu daxildir. Sistem hər sorğu üçün 4 müxtəlif foto tərtib edir.