Çərşənbə axşamı, 14 Oktyabr 2025

Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə verilib

Whatsapp tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. İstifadəyə verilmiş yeni funksiya səsli mesajları əhatə edir. Belə ki, messencerdə avtomatik şəkildə silinən səsli mesajlar funksiyası istifadəyə verilib. Avtomatik şəkildə silinən səsli mesajı göndərmək üçün istifadəçi mesajı göndərməmişdən öncə müvafiq işarəyə klikləməlidir. Bu cür səsli mesajı qəbul edəcək şəxs isə ona qulaq asandan sonra mesaj avtomatik silinəcək. Sözügedən funksiyanı konfidensial məlumatların ötürülməsində istifadə etmək olar. Bundan əlavə olaraq avtomatik silinən səsli mesajı qəbul etmiş şəxs ona 14 gün ərzində qulaq asmalıdır. İstifadəçi 14 gün ərzində bunu etmədiyi halda mesaj silinəcək. Sözügedən funksiya yaxın günlərdə bütün Whatsapp istifadəçiləri üçün aktiv olacaq.

Milyonlarla Android smartfonda Google Calendar-ın dəstəyi dayandırılacaq

 
Google şirkəti milyonlarla Android smartfonda Google Calendar tətbiqinin dəstəyini dayandırmaq niyyətindədir. Söhbət, olduqca köhnə Android versiyalar vasitəsilə çalışan smartfonlardan gedir. İnsayderlər aşkar ediblər ki, yaxın zamanda Android 7.0 Nougat və ondan daha əvvəlki Android versiyalarına sahib smartfonların istifadəçiləri Google Calendar tətbiqindən daha istifadə edə bilməyəcəklər. Tətbiq daxilinə artıq UnsupportedOperatingSystem__enabled adlı bənd əlavə edilib.
Həmin bəndə klikləyən zaman isə istifadəçiyə Android 8.0 Oreo-ya və ya ondan sonra istifadəyə verilmiş digər Android versiyalardan birinə keçid etmək məsləhəti təqdim edilir. Şirkətin bu addımı böyük ehtimal təhlükəsizlik ilə bağlıdır. 
Belə ki, köhnə Android versiyaları kiberhücumlara və məlumat sızıntılarına daha həssasdırlar. Google öz növbəsində Calendar tətbiqinin köhnə Android versiyalarında dəstəyinin nə zaman dayandırılacağı barəsində hələ rəsmi bir məlumat verməyib.
 
 
 

"Apple" məhsullarında 'i' hərfi nə deməkdir?

Apple brend texnologiya məhsulları və smartfonları bazarda ən populyar cihazlar arasında olsa da və bütün dünyada milyonlarla insan tərəfindən istifadə edilsə də, bu kimi məhsulların əvvəlindəki 'i' hərfinin nə demək olduğu həmişə maraq mövzusu olub. Şirkət tərəfindən istehsal olunan iPhone, iPad və iWatch kimi məhsullar buraya daxildir.

Bu sualın cavabını 1998-ci ildə bir konfransda "Apple"ın qurucusu mərhum Stiv Cobs verdiyi ortaya çıxdı və 'i' hərfinin bir deyil, beş sözü ifadə etdiyi açıqlanıb. Bu günə qədər ən populyar təxmin 'i' hərfinin İnterneti təmsil etməsi idi.

Ardını oxu...

Məlumatların QR-kodlar şəklində saxlanmasının yeni texnologiyası təqdim olunub

 

Almaniyanın “Cerabyte” şirkəti məlumatların saxlanmasının yeni texnologiyası üzərində işləyir. Bu texnologiya cəmi 50-100 atom qalınlığında keramik nanoqatlardan hazırlanmış yeni daşıyıcıya QR-kodları yerləşdirmək imkanı verir. Yeni texnologiya məlumatların uzunmüddətli saxlanması sənayesində inqilab da edə bilər.

Şirkət yeni texnologiyanın məlumatları Selsi şkalası üzrə 300 dərəcə temperaturadək 5 min il ərzində saxlamaq qabiliyyətinə malik olduğunu təsdiqləyir.

Ardını oxu...

Google bu həftə Photos və Gmail hesablarını silməyə başlayacaq

Google təhlükəsizlik səbəblərini əsas gətirərək, dekabrın 1-də qeyri-aktiv Google hesablarını və onların məzmununu silməyə başlayacaq.

Şirkət ilk dəfə bu ilin may ayında qeyri-aktiv hesablar siyasətinə dair yeniləməni elan etdi . Şirkətə görə, qeyri-aktiv Google Hesabı iki il ərzində istifadə olunmayan hesabdır.

Google Workspace (Gmail, Sənəd, Disk, Meet, Təqvim) və Google Fotodakı məzmun daxil olmaqla, qeyri-aktiv hesablar və onların bütün məzmunu silinəcək.

Google-un Məhsulların İdarə Edilməsi üzrə Vitse-Prezidenti Ruth Kricheli, qeyri-aktiv hesab siyasətləri ilə bağlı may ayında etdiyi yeniləmədə "Hesab uzun müddət qeyri-aktiv qalarsa, daha yüksək kompromis riski altındadır" dedi.

Hesabın silinməsi prosesi mərhələlərlə həyata keçiriləcək. Google, profillərin silinməsi ilə bağlı ilkin olaraq qeyri-aktiv Google hesablarına e-poçt bildirişləri göndərəcəyini açıqladı. Daha sonra bildirişlər əlaqəli bərpa e-poçt ünvanlarına göndəriləcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1825934
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1649
4884
24327
1825934
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.