Cümə axşamı, 25 Aprel 2024

İstifadəçiləri ən çox izləyən sosial şəbəkələr açıqlandı

“URL Genius” marketinq şirkəti 10 sosial şəbəkə arasında araşdırma aparıb və onlardan hansının istifadəçiləri daha çox izlədiyini araşdırıb. Məlum olub ki, ən çox istifadəçi məlumatlarını toplayan şirkət “YouTube” və “TikTok”dur.

Tədqiqat üçün “Apple” qacetlərində mövcud olan “Tətbiq Fəaliyyətinin Qeydiyyatı” funksiyasından istifadə edilərək, “YouTube”, “TikTok”, “Twitter”, “Telegram”, “LinkedIn”, “Instagram”, “Facebook”, “Snapchat”, “Messenger” və “WhatsApp” xidmətləri yoxlanılıb.

Ardını oxu...

"WhatsApp"da daha bir YENİLİK: Artıq bunu 36 saat ərzində edə bilərsiniz

Daim yeniliklərlə istifadəçilərini sevindirən "WhatsApp" daha bir funksiyanı işə salacaq. Artıq burada göndərdiyiniz mesajları bir saat yox, 36 saat ərzində qarşı tərəfdən silə biləcəksiniz.

Bu barədə "WABetaInfo" yazır.

Qeyd edək ki, daha öncə göndəriləndən bir saat müddətində mesajı hər iki tərəfdən, 68 dəqiqə sonra isə yalnız özünüzdən silmək mümkün idi.

Ardını oxu...

Yenilənmiş Windows Media Player-in ilk fotoları təqdim edilib

Microsoft şirkəti Windows 11 üçün nəzərdə tutulmuş yeni Windows Media Player-in beta testinə start verib. Əməliyyat sisteminin ənənəvi sistem playerinin yeni versiyası Windows 11 dizaynında reallaşdırılıb və bir sıra faydalı funksiya əldə edib. Beləliklə yeni Windows Media Player həm tam ekran rejimində həm də kiçik ekran rejimində əks oluna bilər. Kiçik ekran rejimində əks olunan zaman player işə salınmış musiqi albomunun fotosunu əks etdirəcək. Player-in sahib oluğu daha bir yeni özəllik ondan ibarətdir ki, o, picture-in-picture rejimini dəstəkləyir. Bu rejim həm videolar həm də musiqilər üçün nəzərdə tutulub.

Ardını oxu...

2 dəfə daha sürətli və 5 dəfə daha baha: Starlink-in premium tarif paketi təqdim edilib

Elon Musk Starlink peyk interneti layihəsində yeni premium tarifi elan edib. Elan edilmiş premium tarif çərçivəsində istifadəçi siqnalın qəbul edilməsi üçün nəzərdə tutulmuş daha güclü antendən istifadə edəcək. Həmin anten isə öz növbəsində məlumatların yüksək sürətlə ötürülməsini təmin edəcək. Lakin sözügedən premium tarif paketinin aylıq abunə qiyməti standart tarif paketinin aylıq abunə qiymətindən qat-qat yüksəkdir. Premium tarif paketi üçün nəzərdə tutulmuş anten düzbucaqlı dizaynı və daha geniş skan bucağı ilə fərqlənir. Starlink-in rəsmi saytında olan məlumata əsasən premium tarif paketinə daxil olan anten vasitəsilə məlumatların ötürülmə sürəti saniyədə 150-500 Mbit təşkil edir.

Ardını oxu...

Tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 təqdim edilib

Android 12-nin stabil versiyasının istifafəyə verilməsindən 4 ay sonra Google şirkəti Android 13-ün tərtibatçılar üçün nəzərdə tutulmuş Android 13 Developer Preview 1 versiyasını təqdim edib. Sözügedən versiya yalnız tərtibatçılar üçün nəzərdə tutulsa da onda qlobal dəyişikliklər o qədər də çox deyil. Tiramisu kod adına sahib Android 13-də yenilənmiş Material You temaları istifadə edilir və həmin temalar Google smartfonlarından başqa digər cihazlarda da aktivdir. Material You çərçivəsində tətbiqlərin ikonları istifadəçi tərəfindən seçilmiş temanın rənglərini əks etdirirlər.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1065453
Bu gün
Bu həftə
Bu ay
Ümumi
630
3257
21279
1065453
© 2023. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi