Bazar, 20 Aprel 2025

Meta şirkəti AudioCraft adlı yeni süni zəka sistemini təqdim edib

Meta şirkəti AudioCraft adlı generativ süni zəka sistemini təqdim edib. Sözügedən sistem açıq mənbəli koda sahibdir və istifadəçinin mətn formatında təsviri əsasında audio faylın tərtib edilməsi üçün nəzərdə tutuluib. AudioCraft özündə ayrı-ayrılıqda 3 süni zəka modelini birləşdirir. Söhbət, MusicGen, AudioGen və EnCodec adlı süni zəka modellərindən gedir. MusicGen musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub və o, Meta-nın musiqiləri və bu məqsədlər üçün nəzərdə tutulmuş lisensiyalı musiqilər əsasında təlimatlandırılıb.

Ardını oxu...

Photoshop mətnli sorğu vasitəsilə fotolara arxa fon təsvirini yerləşdirməyi öyrənib

Photoshop-un yeni versiyasında neyron şəbəkəsi əsasında çalışan yeni faydalı funksiya istifadəyə verilib. Söhbət, fotonun generativ genişlənməsi funksiyasından gedir. Daha öncə Photoshop buna bənzər funksiyanı artıq əldə etmişdi. Həmin funksiya neyron şəbəkəsi vasitəsilə bu və ya digər fotoya müxtəlif arxa fonları tərtib etməyə imkan verirdi. Lakin həmin funksiya çərçivəsində neyron şəbəkə avtomatik şəkildə çalışırdı.

Photoshop-un yeni beta versiyasında isə oxşar funksiya bu və ya digər fotoya istifadəçinin sorğusu əsasında arxa fonu tərtib edir.

Ardını oxu...

Google xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmini hazırlayır

Ortaya çıxmış məlumata əsasən Google şirkəti xəbərlərin yazılması üçün nəzərdə tutulmuş süni zəka alqoritmi üzərində çalışır. Bu layihənin Genesis kod adına sahib olduğu bildirilir. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət Genesis-i artıq The New York Times, The Washington Post və The Wall Street Journal kimi nəşriyyatların rəhbərlərinə sərgiləyib. Ortaya çıxmış məlumata əsasən Google tərəfindən hazırlanan süni zəka alqoritmi bu və ya digər hadisələr əsasında xəbərləri tərtib edə bilir. Google hesab edir ki, bu cür süni zəka alqoritmi jurnalistlərin yardımçısı rolunda çıxış edə bilər. 

Ardını oxu...

VR və AR mühitdəki obyektləri hiss etməyə imkan verən Nova 2 əlcəyi təqdim edilib

Hollandiyanın SenseGlove adlı texnoloji şirkəti Nova 2 adlı əlcəyi təqdim edib. Sözügedən texnoloji əlcək virtual və artırılmış reallıq mühitindəki obyektlərlə qarşılıqlı əlaqə zamanı güclü taktil geridönüşü sərgiləyir. Bu əlcək vasitəsilə dünyanın digər hissəsində yerləşən biznes partnyorun əlini sıxmaq və ya müxtəlif rəqəmsal obyektlərlə qarşılıqlı əlaqədə olmaq olar. Bütün bunlar güclü taktil geridönüş texnologiyası vasitəsilə reallaşır.

Sözgüedən texnologiya əlcəkdən istifadə edən şəxsdə toxunuş hisslərini imitasiya edir. Məlumatda qeyd edilib ki, istifadəçinin əlinə toxunan istənilən virtual obyekt əsl obyekt kimi hiss olunur.

Ardını oxu...

Darknetdən faydalı məlumatları əldə edə bilən süni zəka modeli yaradılıb

Koreya Elm və Texnologiya İnstitutunun mütəxəssisləri DarkBERT adlı süni zəka modelini yaradıblar. Sözügedən süni zəka modeli darknetdə qiymətli elmi məlumatların axtarılması üçün nəzərdə tutulub. Neyron şəbəkəsi bunun üçün xüsusi filtrlərə sahibdir və həmin filtrlər istifadəçiləri arzuolunmaz məlumatlardan qorumaq üçün nəzərdə tutulub. DarkBERT neyron şəbəkəsi 2019-cu ildə hazırlanmış RoBERTa adlı arxitekturaya əsaslanır.

    Mütəxəssislər aşkar ediblər ki, sözügedən arxitektura daha öncə düşünüldüyündən daha yüksək performansa sahib ola bilər.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1564990
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1124
15558
35109
1564990
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.