2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq
Whatsapp hələ də dünyanın ən məşhur messenceri statusunu özündə qoruyub saxlayır. Lakin bir neçə gündən sonra istifadəçilərin bir hissəsi sözügedən messencerdən istifadə etmək imkanından məhrum olacaqlar. Belə ki, 2023-cü ilin əvvəlində Whatsapp-ın 47 ədəd smartfonda dəstəyi dayandırılacaq. Məlumata əsasən 31 dekabr tarixindən sonra messencer artıq bəzi köhnə smartfonlarda çalışmayacaq. Siyahıya 47 smartfon modeli daxil olacaq. Onların arasında Apple, Samsung, Sony, LG, Huawei və s. smartfonlar var. Məsələ burasındadır ki, siyahıda olan smartfonlar üçün Whatsapp-ın nəzərdə tutulmuş versiyaları artıq köhnəlib və onlar artıq problemsiz şəkildə çalışmaq imkanına sahib deyillər.