Məlumatları qorumaq üçün 100 dərəcəyə qədər özün isidərək məhv olan fləş kart hazırlandı
Fləş kart bir kompüterə qoşulduqda normal şəkildə tanınması üçün, USB port nöqtəsindən arxa-arxaya 3 dəfə sürətli şəkildə taxılıb çıxarılmalıdır.
Əks halda fləş kart kompüterdə xətalı kimi görünür. Panelinə tətbiq olunan gərginliyin artırılması ilə təxminən 100 dərəcəyə qədər isinməsini həyata keçirə bilir. Bununlada cihazın daxilində olan yaddaş məhv edilir. Qeyd edək ki, yeni "Ovrdrive" 69 dollara satışa çıxarılacaq.

Google şirkəti bu il Android 15-i istifadəyə verəcək. Lakin əməliyyat sisteminin stabil versiyasının istifadəyə verilməsindən öncə şirkət onun bir neçə ay ərzində testini aparmalıdır. İlk test isə tərtibatçılar tərəfindən reallaşdırılacaq. Bunun üçün şirkət hər yeni Android versiyasının tərtibatçılar üçün nəzərdə tutulmuş xüsusi versiyasını istifadəyə verir. Söhbət, Android Developer Preview-dan gedir. İndi isə Android 15 Developer Preview 1-in nə zaman istifadəyə veriləcəyi məlum olub. Məlumata əsasən Android 15 Developer Preview 1 artıq sabah istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, keçən il Android 14 Developer Preview 1 də eyni vaxtda istifadəyə verilmişdi. Ənənəyə sadiq qalaraq Android 15 Developer Preview 1-i ilk öncə Google Pixel smartfonlarının istifadəçiləri test edə biləcəklər. Vanilla Ice Cream kod adına sahib Android 15-in stabil versiyasının isə sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir.
McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri XLoader adlı Android virusun daha təkmilləşdirilmiş təhlükəli versiyasını aşkar ediblər. Virusun təkmilləşdirilmiş versiyası daxil olduğu cihazda istifadəçinin heç bir əməliyyatına ehtiyac duymadan avtomatik şəkildə işə düşə bilir. XLoader adlı viruslar sinifi 2015-ci ildən mövcuddur və onlar Roaming Mantis adlı haker qruplaşması tərəfindən hazırlanır. Virusun yeni təkmilləşdirilmiş versiyası əvvəlki versiyalar kimi mətnli mesajlar üzərindən yayılır. Bu cür mesajlarda zərərli proqram təminatının yüklənilməsinə şərait yaradan lin yerləşir. Bu cür linkə klikləyəndən sonra istifadəçiyə Google Chrome brauzerinin quraşdırılması təklif edilir.
Dünyanın ən çox istifadə edilən sosial media şəbəkələrindən biri olmağa davam edən Instagram, süni intellekt ilə sizin adınıza mesaj
Keçən həftə Google öz süni zəka əsaslı çat-botunun adını Bard-dan Gemini-yə dəyişdi. Bununla yanaşı şirkət Gemini-nin Android tətbiqini də istifadəyə verdi. Lakin görünür, şirkət bununla yetinmək niyyətində deyil. Belə ki, şirkət Gemini-ni smartfonlarla yanaşı həmçinin qulaqlıqlarda da istifadə etmək niyyətindədir. Bu barədə məlumat Google tətbiqinin kodunda aşkar edilib. Orda qeyd edilib ki, Gemini qulaqlıqlarda istifadəyə veriləcək. Bunun necə reallaşdırılacağı barəsində məlumat yoxdur. Çox güman ki, smartfona quraşdırılmış Gemini çat-botu ilə qulaqlıqlar arasında sinxronlaşdırma reallaşdırılacaq və nəticədə çat-bot qulaqlıqlarda Google Assistant kimi çalışacaq. Bununla yanaşı bunun yalnız Google Pixel qulaqlıqlarında və ya digər brendlərin qulaqlıqlarında da reallaşdırılacağı bilinmir.